Previous Next
Bağla

Ukraynadakı müharibə nəticəsində işsiz qalan İT mütəxəssis Azərbaycana köçə bilərmi?

31-03-2022 10:13
Ukraynadakı müharibə nəticəsində işsiz qalan İT mütəxəssis Azərbaycana köçə bilərmi?

“Hazırda Ukrayna, Rusiya və Belarusda təxminən 1 milyon nəfərə qədər informasiya texnologiyaları (İT) mütəxəssisinin gələcək fəaliyyəti ilə bağlı məsələ müəmmalıdır. Belə deyə bilərik ki, onlar miqrasiya uğrunda mübarizə aparır”.

Xeberler.az Report-a istinadən bildirir ki, bunu Rusiyanın Ukraynaya hücumu nəticəsində baş verən müharibənin Azərbaycanın İT sektoruna mümkün təsirlərini şərh edən Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib.

O.Gündüzün sözlərinə görə, hazırda Azərbaycanda İT mütəxəssislərin çatışmazlığı var:

“Məndə olan məlumata görə, Ukraynada 250 minə, Rusiyada yarım milyona yaxın, Belarusda isə 70 mindən çox mütəxəssis çalışır. Bu dəqiqə onlar yeni iş yerləri tapmaq üçün ölkələrini tərk etməyə çalışırlar. ABŞ və Avropa onlar üçün bağlı olduğu üçün, yalnız Asiya, Dubay, MDB və o cümlədən Azərbaycana istiqamətlənə bilərlər. Məhz həmin 1 milyon insanın bir neçə qonşu ölkələrdə fəaliyyət göstərməsi bizim üçün potensial təhlükə ola bilər. Təsəvvür edin ki, onlar bu qonşu ölkələrdə biznes qururlar və bir neçə il sonra bu bizneslə milyonlar qazanırlar. Bir sözlə həmin bazara böyük pullar axacaq. Bu isə bizim üçün təhlükədir. Hansısa yollarla elə etməliyik ki, onları Azərbaycana cəlb edək. Yaxşı olar ki, hökumət həmin adamlar üçün vergi, qeydiyyat, miqrasiya, müqavilə güzəştləri və s. müəyyən etsin. Bundan əlavə kvota müəyyən edilməlidir ki, bizim nə qədər adama ehtiyacımız var.

Hesab edirəm ki, biz onlara şirkətlərimizdə çaılşmağa şərait yaratmaqla İT ixracımızı artıra bilərik. Hazırda bizim İT məhsulları üzrə ixracımız 5-10 milyon ABŞ dolları, Ukraynada isə 7 milyard, Belarusda 4 milyard, Rusiyada isə 1-2 milyard ABŞ dolları təşkil edir".

Onun sözlərinə görə, hazırda ölkəmizdə bu sahədə defisit var: "Yəni ekspert çatışmazlığı yaşayırıq. Həmçinin İT məhsulları bahadır. Məsələn, ölkəmizdə 500 manata başa gələn hansısa məhsul Ukraynada 100 manat xərc tələb edir. Belə qiymət rəqabətli mühitdə yaranır. Bizdə isə təəssüf ki, rəqabət mühiti yoxdur”.

Ekspert hesab edir ki, qeyd edilən ölkələri tərk edən qlobal şirkətləri də Azərbaycana dəvət etmək lazımdır:

“MDB məkanında fəaliyyət göstərən qlobal şirkətlərin əsas mərkəzi Rusiya idi. Bu dəqiqə həmin məsələ ilə bağlı vəziyyət xaotikdir. Hazırda Türkiyə həmin şirkətlərə açıq şəkildə çağırış edir. Mən hesab edirəm ki, həmin şirkətlər hara getsə ora bir "IT Hub” olacaq. Bunun üçün də Azərbaycan ehtiyatlı davranmalıdır və onların ölkəmizə gəlməsi üçün mühit dəyişməlidir, qarantiyalar olmalıdır. Bunlar olmasa həmin şirkətlər gəlməyəcək.

İlk olaraq Rəqabət Məcəlləsi qəbul olunmalıdır, investisiyalar və “venture fond”lar, nümayəndəliklərlə bağlı qanunvericilik hazırlanmalıdır. Bu qanunvericilik aktları olmadan Azərbaycanı necə huba çevirmək olar? Misal üçün, “Venture fond”larla bağlı qanunun olmaması imkan vermir ki, investor burada pul yatırmasının şərtlərini bilsin. Halbuki bu qaydalar Ermənistan, Gürcüstan, Ukraynada var. Yaxud da kriptovalyuta birjaları ilə bağlı qanun Ukraynada var, amma bizdə bununla bağlı heç bir tənzimləyici sənəd yoxdur.

Həmçinin onu da qeyd etməliyəm ki, Ukraynada olan şirkətlərin əməliyyatları illərdir “PayPal” və bu kimi sistemlər vasitəsi ilə həyata keçirilir. Bəs onlar bizə gəlsə bunu nə ilə həyata keçirəcəklər?!

Ona görə də, hökumət bu məsələlərə ciddi fikir verməli və tez bir zamanda çatışmazlıqların aradan qaldırılması üçün əməli addımlar atmalıdır”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 26 fevral 2015-ci il tarixli Fərmanı ilə Mingəçevirdə “Yüksək Texnologiyalar Parkı” (YT Park) yaradılıb. Həmçinin hazırda AMEA-nın tərkibində YT Parkı fəaliyyət göstərir. Bu YT Parkın 10-a yaxın rezidenti Azərbaycan dövlətinin təqdim etdiyi müxtəlif güzəştlərindən yararlanır.

Hazırda ölkədə “Abşeron Vadisi”nin yaradılması üzərində iş aparılır.

Azərbaycanda fəaliyyət göstərən sənaye və İT parklarında rezidentlik statusu alan şirkətlər dövlətdən böyük həcmdə vergi və gömrük güzəştləri əldə edirlər.

Belə ki, rezidentlər parkların ərazisində yerləşən əmlaklarına görə əmlak vergisi, parkların ərazisində istifadə etdiyi torpaqlara görə torpaq vergisi və parkların infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı (müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında) üçün gömrük rüsumu ödəmirlər.

Rezidentlər qeydiyyata alındığı tarixdən bu güzəştləri 10 il müddətinə əldə edirlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: “Rusiya və Ukraynadan İT mütəxəssislərini Azərbaycana cəlb etməliyik”

16-03-2022

Ekspert:Rusiyadan qaçan İT mütəxəssislər hara gedirlər ?

22-04-2022

Ekspert: Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər?

07-09-2022

“Hökumət oyun biznesindən böyük pullar qazana bilər”

04-07-2017

Sahibkarlar 7 il müddətinə ciddi güzəştlər əldə edəcək

19-01-2016

İranın İnnovasiyalar Fondunun rəhbəri İnnovasiyalar Agentliyində olub

17-10-2019

Deputat: Azərbaycan regionda İKT şirkətlərindən ən az vergi alan ölkə olacaq

23-12-2022

İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

13-04-2021

Azərbaycanda pandemiya onlayn ticarətə necə təsir etdi?

11-01-2021

Azərbaycanda startaplara edilən investisiyalar gizli saxlanılır-Ekspert

05-06-2023

Azərbaycan kiberhücumlardan daha yaxşı qorunub

17-09-2018

"Azərbaycan İKT sahəsində ən əlverişli vergi mühitinə sahib ölkə olacaq"

20-12-2022

İnsident menecment açar sözlərlə axtarış aparacaq

25-07-2018

Azərbaycanda avtomobillərin və nömrə nişanlarının onlayn satışı təklif edilir

10-05-2023

Azərbaycanda kriptovalyuta ilə bağlı qanun layihəsi hazırlanır

25-01-2018

Ekspert: McDonalds Azərbaycanda siyasətə qarışmırdı, indi isə Ukraynada təcavüzə etiraz edir

09-03-2022

Zelenski Bakcell-dən danışdı

19-12-2019

“Dövlət provayderləri özəl provayderlərə imkan vermir”

04-04-2018

Ekspert: Silicon Valley-də Azərbaycana aid İnnovasiya Evinin yaradılması vacibdir

23-08-2019

“Ölkəmizdə internetin sürəti, keyfiyyəti ilə bağlı problemlər var”

25-11-2009

“Azərbaycandan qlobal startap bazarına çıxmaq çox çətindir”

23-02-2015

Azərişıq rəsmi açıqlama verdi

13-08-2018

“Baykar” Ukraynaya 100 milyon dollar həcmində sərmayə qoyur

01-10-2023

Ekspert: "Mail.ru", "Vkontakte" və "Odnoklassniki" müflis ola bilər

16-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə