Previous Next
Bağla

Ekspert:İldırım sürətli İT inkişaf

22-06-2022 16:49
Ekspert:İldırım sürətli İT inkişaf

Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri davam edir. Səfər çərçivəsində ölkələr arasında bir çox sahələr üzrə, o cümlədən innovasiyalar və hərbi-texniki əməkdaşlıqla bağlı rəsmi sənədlər imzalanıb.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz Feysbuk səhifəsində paylaşım edib.

“Prezident Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olub.

Maraqlı olacağını düşünərək Özbəkistanın İT sahəsi lə bağlı bəzi məqamları diqqətə çatdırmaq istədim.

Rusiyanın Ukraynaya təcavüzündən sonra baş verən sanksiyalar nəticəsində Belarusdan və Rusiyadan köçən İT mütəxəssislərin Özbəkistana gətirilməsi üçün bu ölkə çox ciddi işlər apardı, aqressiv tədbirlər həyata keçirdi.

Özbəkistan rəsmiləri bildirir ki, müharibədən sonra adı çəkilən ölkələrdən Daşkəndə 5000 İT mütəxəssis gəlib.

Yalnız Belarusdan 2000 İT mütəxəssisin gəldiyi açıqlanıb.

Xatırladıram ki, Rusiya rəsmiləri müharibə başlayandan sonra bu ölkəni 70 000 İT mütəxəssisin tərk etdiyini rəsmi olaraq açıqlayıblar.

Daşkənd bu mütəxəssisləri gətirmək üçün çarter resyləri təşkil etmişdi, təkcə Belarusa 12 çarter reysi təşkil etmişdi ki, İT mütəxəssiləri relokasiya edə bilsin.

Xatırlayıram ki, İT autsorsinq xidmətləri təqdim edə biləcəklərini göstərmək üçün Özbəkistanın İKT-nın inkişafı naziri Şirzad Şermatov təcili ABŞ-a səfər edib Kaliforniyada Apple, Google, Meta, PayPal Coursera şirkətlər, fond rəhbərləri və rəsmilərlə görüş keçirmişdi.

Özbəkistan ciddi rəqəmsal transformasiya işlərinə 2017-ci ildən start verib.

Ötən müddət ərzində, yalnız son 3-4 ildə çox ciddi inkişaf edə bilib, İT sektorda, texnoparklarda Belarusdan və Ukraynadan da münbit olan bir şərait formalaşdırılıb.

Daşkənddə yerləşən İT Parkda hazırda 650 İT şirkət qərarlaşıb ki, onlar 2028-ci ilədək bütün vergilərdən və ödənişlərdən tam azaddırlar.

İT üçün gərəkli olan ingilis dili problemini həll etmək üçün bu ölkə 30 000 ingilis dili müəlliminin ABŞ –da təkmilləşməsini təşkil edib. İT məktəblərin və kursların sayını kəskin artırıb.

Bu ölkədə yüksək ixtisaslı 20 000 İT mütəxəssis var. 58 Universitetdə İT ixtisaslar var, 20 universitet isə tam İT istiqamətlidir.

Görünən odur ki, Özbəkistan Belarusun, Rusiyanın və Ukraynanın İT autsorsinq biznesinin xeyli hissəsini ələ keçirib və bu istiqamətdə ciddi səylər göstərir.

Hazırda İT eksport 100 milyon $ -dır, yaxın müddət üçün 1 milyarda çatdırmağı hədəf götürüblər. Təsəvvür edin ki, son 3 ildə İT eksportu, yəni sadəcə proqram təmniatları yazmaq və İT xidmət göstərməklə bu rəqəmi 50 dəfə artıra biliblər . 80% İT eksport ABŞ-a yönəlib.”

Maraqlı məqam ondan ibarətdir ki, Amerikan şirkəti olan, Nasdaq-da qeydiyyatı olan tanınmış qlobal EPAM şirkətinin də Özbəkistanda ofisi var və burada təkcə bu ölkənin öz proqramçılarının satyı 1000 nəfərə çatır.

Relokasiya edənlərlə birlikdə hazırda burada 3000 əməkdaş çalışır.

Təsəvvür edin ki, bu ölkədə üç min nəfər bir ABŞ şirkətində oturub kod yazaraq xaricə məhsul (proqram təminatı) satır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert:Rusiyadan qaçan İT mütəxəssislər hara gedirlər ?

Ekspert:Rusiyadan qaçan İT mütəxəssislər hara gedirlər ?

22-04-2022
Ekspert: Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər?

Ekspert: Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər?

07-09-2022
Baş nazir Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olub

Baş nazir Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olub

11-06-2025
Əhməd İsmayılov: Özbəkistanla qısa vaxtda möhkəmlənmiş media əlaqələrimiz nümunəvi səciyyə daşıyır

Əhməd İsmayılov: Özbəkistanla qısa vaxtda möhkəmlənmiş media əlaqələrimiz nümunəvi səciyyə daşıyır

24-09-2024
Texnologiyalar və innovasiyalar sahəsində Azərbaycanla Qazaxıstanın müqayisəsi

Texnologiyalar və innovasiyalar sahəsində Azərbaycanla Qazaxıstanın müqayisəsi

16-10-2023
Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

12-09-2022
“Jurnalistlər üçün ingilis dili kursları” layihəsinin ikinci mərhələsi başlayıb

“Jurnalistlər üçün ingilis dili kursları” layihəsinin ikinci mərhələsi başlayıb

24-02-2009
Ekspert: Rusiya texnologiyalar sahəsində vəziyyətini düzəltməyə çalışır

Ekspert: Rusiya texnologiyalar sahəsində vəziyyətini düzəltməyə çalışır

03-04-2022
Ekspert: "Mail.ru", "Vkontakte" və "Odnoklassniki" müflis ola bilər

Ekspert: "Mail.ru", "Vkontakte" və "Odnoklassniki" müflis ola bilər

16-03-2022
“Amazon” Rusiyaya malların göndərilməsini dayandırır

“Amazon” Rusiyaya malların göndərilməsini dayandırır

10-03-2022
Ekspert: Huawei ilə əməkdaşlıq edənləri nə gözləyir?

Ekspert: Huawei ilə əməkdaşlıq edənləri nə gözləyir?

21-05-2019
SOCAR və Özbəkistan əməkdaşlığa başlayır

SOCAR və Özbəkistan əməkdaşlığa başlayır

28-07-2025
Ukraynadakı müharibə nəticəsində işsiz qalan İT mütəxəssis Azərbaycana köçə bilərmi?

Ukraynadakı müharibə nəticəsində işsiz qalan İT mütəxəssis Azərbaycana köçə bilərmi?

31-03-2022
Nazir müavini: "Azərbaycanda İKT sahəsində ciddi mütəxəssis qıtlığı var"

Nazir müavini: "Azərbaycanda İKT sahəsində ciddi mütəxəssis qıtlığı var"

19-12-2022
Ekspert: Mail.ru istifadəçiləri üçün yeni və daha ciddi  təhlükə

Ekspert: Mail.ru istifadəçiləri üçün yeni və daha ciddi təhlükə

28-09-2022
Ekspert:Universitetlər arasında rəqabət getdikcə güclənir

Ekspert:Universitetlər arasında rəqabət getdikcə güclənir

02-09-2022
Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

16-06-2022
Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

25-10-2023
Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

18-09-2024
ADSL texnologiyasına dövlət vəsaiti xərcləmək olarmı?

ADSL texnologiyasına dövlət vəsaiti xərcləmək olarmı?

31-05-2019
SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib

SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib

24-09-2024
Ekspert: Əminəm ki, "E-qanun" mobil tətbiqi çox populyar olacaq

Ekspert: Əminəm ki, "E-qanun" mobil tətbiqi çox populyar olacaq

09-09-2022
TikTok Azərbaycanda rəsmi ofis açacaq?

TikTok Azərbaycanda rəsmi ofis açacaq?

18-12-2022
İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

02-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə