Ötən il elastik smartfon və planşet prototipləri nümayiş etdirən Çinin Lenovo şirkətinin mühəndisləri bu il “Tech World 2017” konfransında iki hissəyə bölünən işlək planşet kompüter nümunəsinin təqdimatı üzərində çalışıblar.
Xeberler.az NRYT-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, Android əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu vəziyyətdən asılı olaraq müxtəlif rejimlər arasında keçid edə bilir.
Folio kod adlı qurğu açılmış vəziyyətdə ekranının təsvir ölçüsü 1920х1440 piksel təşkil edən 7,8 düym diaqonallı planşetdir. Lakin planşeti yarıya böldükdə o, 5,5 düymlü smartfona çevrilir. Bu halda xüsusi mexanizm iki hissəni istənilən bucaq dərəcəsi altında əyməyə imkan verir.
Məlumata görə, bükülən planşet bir neçə maraqlı funksiyalar təqdim edir. Məsələn, ekranın hər yarısında ayrıca proqram işə salmaq mümkündür. Həmçinin, kamera əlavəsini işə salmaqla istifadəçi hətta əsas modulla çəkiliş aparan zaman özünü displeydə görə bilər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri