Samsung Galaxy Tab S6 təqdim edilib

01-08-2019 / 13:58

Xeberler.az məlumat verir ki, "Samsung" şirkəti yeni qabaqcıl "Galaxy Tab S6" planşetini rəsmən təqdim edib. O, kontentin yaradılması və əyləncə üçün ideal mobil qurğu kimi qələmə verilir. "Samsung Galaxy Tab S6" planşeti "WQXGA" təsvir ölçülü (1600×2560 piksel, 287 PPI) 10,5 düym diaqonallı "Super AMOLED" displey, eləcə də "Dolby Atmos" dəstəkli dörd  "AKG" dinamik və iki mikrofon ilə təchiz edilib. Aparat platforması qismində 64 bitlik səkkiznüvəli "Snapdragon 855" prosessorundan istifadə olunur. Bununla yanaşı, seçim üçün iki "microSD" yaddaş konfiqurasiyası təqdim ediləcək: 6/128 giqabayt və 8/256 giqabayt. Akkumulyator tutumu 7040 milliamper/saat təşkil edir.

Stilusda (elektron qələm) 0,35 milliamper/saat tutumlu batareyadan istifadə olunub. "S Pen" stilusu simsiz enerji doldurmanı və "S Pen Air" jestlərini dəstəkləyir.
Bundan başqa, qurğu planşeti fərdi kompüterə çevirməklə istifadəçiyə adi üslubda işləməyə imkan verən yeni təkmilləşdirilmiş "Samsung DeX" həll versiyasını dəstəkləyir. Yeni "Book Cover Keyboard" klaviatura altlıq təkmilləşdirilmiş toxunuş xüsusiyyətləri, yeni funksional klavişlər və s. ilə təchiz edilib.

Planşet 8 meqapikselli ön kameraya, 13+5 meqapiksel formatlı əsas "Ultra Wide" qoşa kameraya və keyfiyyətli təsvir əldə etməyə imkan verən "Neural Processing Unit" intellektual emal sisteminə malikdir. Barmaq izi skaneri ekrana inteqrasiya olunub. Qabaritləri 244,5×159,5×5,7 mm, çəkisi 420 qram təşkil edən "Samsung Galaxy Tab S6" planşeti "Mountain Gray", "Cloud Blue" və "Rose Blush" rənglərində təklif ediləcək. Satışlara avqustun sonunda sentyabrın əvvəlində başlamaq nəzərdə tutulur. Planşetin əsas modelinin (6/128 giqabayt) qiyməti 649 dollar, təkmilləşdirilmiş versiyanın (8/256 giqabayt) isə 729 dollar təşkil edir.

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə