Bakıda keçirilən “Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı” (WTDC-25) çərçivəsində Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə Çinin qlobal telekommunikasiya və texnologiya sahəsində lider şirkətlərdən biri olan “Huawei”in nümayəndə heyətlərinin görüşü keçirilib.
Xeberler.az bildirir ki, görüşdə qlobal telekommunikasiya sektorundakı yeniliklər, simsiz rabitə sənayesinin inkişaf tendensiyaları, müasir texnologiyalar, spektr planlaması və perspektivləri, habelə yerüstü mobil rabitə və peyk sənayesi arasında yaranan sinerji imkanları barədə fikir mübadiləsi aparılıb. Həmçinin milli spektr idarəçiliyi, mobil rabitə infrastrukturunun inkişafı və bu sahədə tənzimləmə məsələləri müzakirə olunub.
“Huawei” rəsmiləri şirkətin ən son texnoloji yenilikləri və qlobal fəaliyyət istiqamətləri barədə məlumat veriblər, Azərbaycanın telekommunikasiya və rəqəmsal transformasiya sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndiriblər.
Görüş yeni nəsil texnologiyaların tətbiqi, spektr siyasətinin təkmilləşdirilməsi və ölkənin telekommunikasiya ekosistemində innovativ həllərin təşviqi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.
Tərəflər “WTDC-25”in regionun rəqəmsal inkişafına töhfələr verəcəyini vurğulayaraq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində razılığa gəliblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları