Facebook dünəndən etibarən qeyri-kommersiya fəaliyyəti göstərən kampaniyalar üçün kütləvi nümayişi təmin edən yeni xidmətini rəsmi bloqu vasitəsilə təqdim edib.
Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, yeni xidmət Facebook-da kommersiya marağı güdməyən şəxsi hesablara və təşkilatlara kampaniyalarını, xidmətlərini tanıtmağa maddi dəstək toplamaq imkanı təmin edir. Belə ki, Facebook bu səhifələrin populyarlaşmasına kömək edərək səhifələrə pul qazandırır.
Xatırladaq ki, Facebook iki il əvvəl də qeyri-kommersiya təşkilatları üçün hədiyyə edilməsini təmin edən bir "Hədiyyə et" düyməsini hazırlamışdı və bir neçə ay sonra isə e-ticarət firmalarına özəl olaraq "Satın al" düyməsini təqdim etmişdi.
Facebook vurğulayır ki, hazırda təqdim etdiyi bu yeni xidmət yalnız qeyri-kommersiya kampaniyalara məxsusdur.
Gələcəkdə Facebook-un bu xidmətini inkişaf etdirərək Kickstarter-a rəqib olacağı iddia edilir.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri