Facebook-un rəhbəri Mark Zuckerberg-ə qarşı kampaniya aparan təhlükəsizlik mütəxəssisi Marc Rotenber Skype üzərindən Haberturk qəzetinin suallarını cavablayıb.
Məlum olduğu kimi, son 1 aya yaxındır bütün dünyanın gündəmində Facebook var. Belə ki, şirkətin 87 milyon istifadəçinin məlumatını Cambridge Analytica-a satması hələ ciddi narazılıqla qarşılanır.
Xatırladaq ki, ötən günlərdə Facebook rəhbəri məsələ ilə bağlı ABŞ Konqresində ifadə də verib.
Haberturk bütün bunları mütəxsəssis Marc Rotenber ilə müzakirə edərək hamımıza maraqlı olan bir çox suala da cavab verib.
Qeyd edək ki, hüquqşünas Rotenberg hazırda Georgetown Universitetində müəllim işləyir.
O, həmçinin Elektron Məxfilik Məlumat Mərkəzinin (EPIC) rəhbəridir. Uzun müddətdir Facebook-da istifadəçi təhlükəsizliyi ilə bağlı araşdırma aparır. Marc Rotenber bu yaxınlarda Zuckerberg-a qarşı kampaniyaya başlayıb, şirkəti məhkəməyə verib.
Xeberler.az qəzetə istinadən Marc Rotenber-la müsahibəni təqdim edir:
- Facebook-un istifadəçiləri icazəsiz izləməsinin sərhədi nə qədərdir?
-Şirkət həm istifadəçilərin, həm də platformadan istifadə etməyənlərin detallı profilini yaradır və saxlayır. Onların saxladıqları məlumatın ölçüsünü bilmək çox çətindir. Facebook-da hər bir səhifəyə daxil olduğunuzda və yaxud Messenger-də hər mesajlaşdığınızda zama onu qeyd edir. Hətta görüntülü söhbtləri də yadda saxlayır. Şikət istifadəçilərinin təxmin etdiyindən daha çox məlumat toplayır.
-Facebook-dan istifadə etməyənlərin də məlumatı saxlanılır. Bu necə olur ki?
-Kontaktınızda olan adlar ilə. Məsələn, burada Facebook istifadəçisi olmayan şəxslərin də adı ola bilir. Facebook da müəyyən tətbiqlərlə onu ələ keçirə bilir.
-Yəni, dağın başında texnologiyadan uzaqda yaşasınız belə Facebook Sizi izləyə bilir?
- Tamamilə doğrudur. Düşünürük ki, başqa bir ciddi məqam var. Facebook üz tanıma üçün bir çox qabaqcıl texnika inkişaf etdirdi. Məsələn, bir fotoşəkil paylaşırsınız. Bu zaman Facebook əvvəlcə təsvirləri təsbit edir, sonra onu bazası ilə müqayisə edir. İstifadəçilər də bu mövzuda Facebook-a kömək edir. Hər dəfə bir dostunuz Sizi etiketləyəndə Facebook-a bu mesajı verirsiniz: "Bəli, bu mənim dostumdur”.
Üz tanıma sistemləri sayəsində kimliklərini ortaya qoymaq istəməyən insanları tanıyan ikinci bir belə şirkət yoxdur. Bu böyük bir təhlükəsizlik boşluğudur”.
-Facebook süni intellekt istifadə edərək mənim haqqında nələri öyrənə bilər?
- Ümumiyyətlə, süni zəkanın “sehrini” bu mövzudan ayırmaq lazımdır.
-O zaman alqoritm deyək…
- Bəli. Əslində, haqqında danışdığımız bir çox məlumatı analiz etmək üçün kompüterdən istifadə edir. Facebook həqiqətən reklam verənlərə qarşı istifadəçilərin kommersiya dəyərini artırmağa çalışır. Elə buna görə də investorlar şirkətə dəyər verir. Facebook 2.2 milyard istifadəçiyə sahibdir və hər bir şəxsdən 40-50 dollar reklam gəliri əldə etsə, şirkət 80 və ya 100 milyard dollar dəyərində olur. Bir istifadəçi 50 TL əvəzinə 70 dollar gəlir gətirsə, şirkətin dəyəri artır. Məhz buna görə Facebook reklam şirkətərinə, istifadəçilərə bir məhsulun nə qədər təsirli olduğunu sübut etməyə davam edir.
- Şirkət xüsusilə, istehlakçı profili yaratmaq üçün hansı məlumatları əldə edir?
-Məsələn, yemək vərdişləriniz. Siz vegetariansınız. Facebook-da və ya Messenger-də "Mən burada çox yaxşı vegeterian restoranı tapdım" məlumatını bölüşdünüz. Facebook, dostlarınızla paylaşdığınız məlumatlara baxır və "Aha, indi biz vegeterian restoranlar üçün reklam göstərməyə başlayacağıq" deyir. Beləliklə, məlumatınız reklam şirkətinə satılır.
- Qısacası, Zuckerberg bizim haqımızda anamızdan çox məlumat bilir?
- Əlbəttə ki, ananız ilə münasibətinizi tam bilmirəm. Amma deyər bilərəm ki, Facebook Sizin haqda daha çox şey bilir.
-Zuckerberg bu məlumatı yalnız kommersiya məqsədləri , yoxsa kəşfiyyat üçün də istifadə edə bilir?
-Bəli, hüquq-mühafizə orqanları əməkdaşları da Facebook məlumatlarına da sahib ola bilir. Belə ki, Facebook insanlar haqqında çox böyük bir məlumat mənbəyini saxlayır. Məsələn, dostunuz Sizinlə fotoşəkil paylaşır, etiketləyir və harada olduğunuz barədə məlumatı da paylaşır. Əgər həmin saatda həmin ərazidə bir cinayət işlənsə, polis Facebook-dan həmin saatda o ətrafda olan adları istəyə bilir.
-Facebook siyasətçilərin də iştahını artırır. Çünki seçicilərin profilə daxil olmaq istəyirlər. Cambridge Analytica skandalından da gördüyümüz bu deyildi?
-Bəli. Amerikada indi insanlar informasiya təhlükəsizliyi üçün çox narahatdır. Çünki seçki dövründə bəzi məlumatlar həqiqətən manipulyasiya edilib. Bir başqa məsələ də budur ki, Facebook istifadəçiləri haqqında çox şey bilir, lakin müştərilərə gəldikdə demək olar ki, kordur. Belə ki, reklamları səhifəmizdə görürük, amma biz bu reklam üçün ödənilənləri, niyə mənə göstərildiyini bilmirik. Facebook reklamçılarını müştəri kimi görür. Ona görə də onların gizliliklərini daha yaxşı saxlayır.
-Bu vəziyyətdə tətbiqlərin rolu necədir?
-Reklam şirkətləri məlumatlara birbaşa çata bilməz. Onlar Facebook-a gedərək deyirlər: "Bunlar bizim reklamlarımızı göstərmək istədiyimiz hədəf kütlələrdir". Lakin tətbiq hazırlayanlar Facebook-a məlumatları birbaşa əldə edə bilir. Facebook-un illər ərzində yığdığı məlumatların miqdarını düşünün. Bir çox insanlar bunu başa düşmür: bir tətbiq yüklədiyiniz zaman tətbiq yalnız şəxsi məlumatınızı deyil, həm də dostlarınızın məlumatını alır. Beləliklə, dostlarınıza məlumatları qızıl nimçədə təqdim edirsiniz. Hesab edirəm ki, proqram tərtibatçıları minimuma məlumat əldə etməlidir.
- Facebook oflayn rejimdə olanda da istifadəçilər barədə məlumat əldə bilir. Bu necə işləyir?
-Yuxarda Facebook-un reklamçılar üçün nə qədər təsirli olduğunu sübut etməyə çalışdığını və gəlirini necə artırdığını qeyd etdim. Facebook reklam şirkətlərinə "Baxın, reklamınızı görən insanlar gedib məhsulu satın alacaq" deyə sübut etmək istəyir. Bunu necə edir? Reklamı görən şəxsin profil məlumatını milyardlarla kredit kartı ilə müqayisə edir. Yəni, reklamı görən şəxsin məhsulu aldığını sübut edirlər. Heç kim bunu görmür, amma Facebook məqsədi sırf onlayn olanda məlumat almaq yox, həmçinin oflayn olanda və başqa sayta keçid edərək kredit kartı ilə ödəniş etdiyinizdən xəbərdar olmaqdır. Məsələn, bir qəhvə satın aldığınız zaman, şirkət həmin məkana gedir və deyir ki, bizim reklam sayəsində gəlib sizdən aldılar.
-Zuckerberg-in Konqresdə ifadəsini necə dəyərləndirirsiniz?
-Həmişə dürüst deyildi. Konqres üzvlərindən bəziləri çox yaxşı suallar soruşdular və onun bu suallara aydın cavab verdiyini hesab etmirəm.
-Biz həmişə Facebook-da danışırıq, bəs Twitter necə?
-Twitter Facebook kimi bu qədər bol informasiyalə deyil. Amma Twitter də reklam alır və gələcəkdə istifadəçilər haqqında məlumat toplamaq üçün daha çox şey edə bilər.
-“İstifadəçilər məlumatlarını qorumaq üçün nə etməlidir? " əvəzinə " Facebook necə qorumalıdır? düşünürsünüz. Niyə?
-Bir şirkətə məlumat göndərirsinizsə, məlumatların üzərində nəzarəti itirirsiniz və şirkətin onları qoruyacağını düşünürsünz, elə deyilmi? Əvvəllər məxfilik parametrlərinin işə yarayacağını düşünürdüm. Ancaq zaman keçdikcə öyrəndim ki, Facebook-da parametrlər daim dəyişir. Qurum olaraq məsələni məhkəmə ilə həll etmək üçün müraciət etdik. Bu, böyük məhkəmədir.
-Bu istiqamətdə hökumətlərə nə təklif edirsiniz?
-Avropa Birliyinin gizlilik qanunları nümunə olmalıdır.
-Şəxsi məlumatların təhlükəsizliyi, yalan xəbərlərin yayımlası kimi məsələlərin qarşısı alınmasza, gələcəkdə hansı fəlakətlə üzləşə bilərik?
-Demokratik qurumların gələcəyindən çox narahatam. Hesab edirəm ki, gələcəkdə qurumların azalması ilə belə texnologiya şirkətləri üzərində heç bir ictimai yoxlama olmayacaq. O zaman biz çox fərqli bir sistemdə yaşayacağıq.
-Necə bir sistem?
-Bunun üçün yaxşı bir termin uydurmalıyam: Distopik, texno-avtoritar dövlət!
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri