Facebook təhlükəsizlik xidmətini Ankaradakı partlayış üçün istifadəyə verib

18-02-2016 / 10:58

Dünən axşam saatlarında  Türkiyənin paytaxtı Ankara şəhərində terror aktı törədilib. 

Ankarada hərbçilərin yataqxanası yaxınlığında baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bir müddət əvvəl məlumat verdiyimiz kimi, Facebook  Parisdə baş verən terror aktı ilə bağlı yeni təhlükəsizlik xidməti - “Facebook’s safety check” i istifadəyə vermişdi.

Belə ki, bu xidmət baş verən hadisədə insanların təhlükəsiz  ərazidə  və sağlam olmaları barədə məlumat təqdim edir.

Xeberler.az-ın məlumatına görə, dünən Facebook bu xidmətini Ankaradakı terror hadisəsi üçün də təqdim edib. Facebook-da yerini təhlükəsiz yerdə qeyd edən şəxslərin bu bildirişləri yaxınlarına göndərilir.

Facebook dünən terrordan sonra Ankaradakı istifadəçilərinə Safety Check xüsusiyyətini istifadə etmək üçün tövsiyə bildirişləri göndərməyə başlayıb.

Siz və ya dostlarınızdan biri  bu  xüsusiyyəti istifadə edərək təhlükəsiz yerdə olduğunu qeyd etdikdə  bu dəfə yaxın ətrafınıza bu məlumat anlıq bildiriş olaraq çatdırılır. 

Şirkətin öz təhlükəsizlik yoxlanışı xidmətini yalnız Paris partlayışıları üçün aktivləşdirməsi ciddi tənqidlərə səbəb olmuşdu.

Qeyd edilirdi ki, Facebook bundan öncə Beyrut və daha əvvəlki partlayışlar üçün bu xidmətini istifadəyə verməyib.

Şirkətin prezidenti Mark Zuckerberg bildirmişdi ki, bundan sonra ictimai fəlakətlərdə təhlükəsizlik yoxlanışlarından daha geniş istifadə ediləcək.

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə