Previous Next
Bağla

Fransadakı terror və sosial media

16-11-2015 11:45
Fransadakı terror və sosial media

Məlumat verdiyimiz kimi, noyabrın 13-ü axşam saatlarında Parisdə altı yerdə törədilən terror aktı   129 nəfərin ölümü və 350 nəfərin yaralanması ilə nəticələnib.

Bütün dünya baş verən bu hadisədən sarsıldı. Terror hadisəsi zamanı diqqət çəkən məqamlardan biri isə hadisə yerində olan və yaxınları barədə məlumat əldə etmək istəyən şəxslərin sosial medianın imkanlarından operativ istifadə etmələri oldu.

Belə ki, FacebookGoogleTwitterSkype kimi sosial media platformaları dərhal hadisə ilə bağlı yeni xidmətlərini istifadəyə verərək zərər çəkən insanlara yardım etdilər. Sosial media yenilikləri ilə Paris terrorunda əziyyət çəkən insanlara dəstək oldu.

Xeberler.az həmin yenilikləri təqdim edir.

Məlumat verdiyimiz kimi, Facebook dərhal yeni təhlükəsizlik səhifəsi yaratdı. Bununla da hadisə yerində və yaxud həmin əraziyə yaxın olan insanlar bir-birinin sağ-salamat olması barədə məlumat əldə edə bilirlər.

Twitter isə “Moments” adlı yeni funksiyası ilə Paris terror haqda son yenilikləri anlıq olaraq təqdim etməyə başladı.

Bununla yanaşı, parislilər hadisədən sarsılmış insanların sığınacaq tapmasına yardım etmək üçün“Porte Overte” həştəqi ilə tweet yazıb onlara qapılarını açırlar.

Google isə həftənin sonuna qədər Parisdə olan Hangouts zənglərini tamamilə ödənişsiz etdi.

The New York Times isə Fransada baş verənləri izləmək üçün həmişə ödənişli olan rəqəmsal efirləri pulsuz etdi.

Skype IP telefoniya xidməti Fransada stasionar və mobil telefonlara daxili və beynəlxalq zəngləri ödənişsiz edib ki, insanlar öz doğmaları və yaxınları ilə əlaqə saxlaya bilsin. 

Qeyd edək ki, Facebook  xüsusi proqramın köməyi ilə öz istifadəçilərinə avatarda Fransanın bayraq rənglərindən ibarət filterin tətbiqini təklif edib. Bu halda dünyada ən böyük sosial şəbəkənin istifadəçiləri terror aktının qurbanı olmuş Fransa vətəndaşlarını dəstəkləyə bilər.

 

"KİV-lər sosial şəbəkələrdən və axtarış sistemlərindən çox asılıdırlar"

PR və Sosial Media Marketinq üzrə mütəxəssis  Əli Hacızadə terror hadisəsində insanların sosial medianın imkanlarından istifadəsini, ümumiyyətlə,  bu hadisədə sosial medianın fəaliyyətini Xeberler. az-a şərh edib.

Mütəxəssis deyib ki, müasir dünyada informasiya əldə etmək indi çox asan olub və bunun  üçün yalnız internetə qoşulmaq kifayətdir.

O qeyd edib ki, dünyadakı informasiya axınında onlayn KİV-lər heç də inhisarçı mövqedə deyillər, əksinə, sosial şəbəkələrdən və axtarış sistemlərindən çox asılıdırlar.

Əli Hacızadə Fransadakı terrorun sosial media tərəfini şərh edərkən bildirib  ki, Parisdəki terror hadisələri zamanı sosial şəbəkələrdən istifadə edən insanları bir çox qruplara bölmək olar:

“Bu başqa məsələdir ki, əldə etdiyiniz informasiya heç də hər zaman doğru informasiya deyil. Terror zamanı insanları müxtəlif qruplara  bölmək olar.  Birincisi, hadisənin şahidi olan insanlar-terror aktlarının baş verdiyi yerlərin yaxınlığında yaşayan və işləyən insanlardır. Bu insanların yazdıqlarından onların dərin psixoloji sarsıntı keçirdiyini anlamaq olar. Digər bir qrup isə  #Bataclan həştəqi ilə terror aktları baş verən yerlərdə və ya ona yaxın yerlərdə olan, barəsində heç bir məlumat olmayan qohumlarını və yaxınlarını axtaran insanların istifadə etdiyi həştəqdir”.

"Terror aktları bəzilərinin sevincinə də səbəb ola bildi və onlar #ParisIsBurning həştəqindan istifadə edib sevinclərini paylaşdılar"

SM mütəxəssisi qeyd edib ki, təbii ki, bu terror aktları bəzilərinin sevincinə də səbəb ola bildi və onlar #ParisIsBurning həştəqindan istifadə edərək öz sevinclərini və bu terror aksiyalarına dair karikaturaları paylaşırdılar:

“Həmçinin  sosial şəbəkələrdən iş üçün istifadə edənlər də oldu, bu terror aktları baş verdikdən dərhal sonra polis və xüsusi xidmət orqanları hadisə yerlərini əhatəyə aldığından KİV nümayəndələrinin hadisə yerindən məlumat alma imkanları xeyli məhdudlaşdı və onlar sosial şəbəkələrdə yayılan xəbərlərdən istifadə etməyə məcbur oldular. Bu isə bir çox yoxlanılmamış məlumatın KİV-lərə yol tapmasına səbəb oldu”.

"Rusiyada bəzi məşhur insanlar, gələn neqativ rəyləri nəzərə alıb başsağlığı mesajlarını sildilər"

Əli Hacızadə  deyib ki,  daha çoxsaylı qrup qurbanların ailələrinə və bütövlükdə Fransaya başsağlığı verən istifadəçilərdir:

“Onlar  arasında bir çox dünyaca məşhur insanlar da var. Qeyd edim ki, bu tip ismarıclar sosial şəbəkələrin istifadəçiləri  tərəfindən birmənalı qarşılanmadı. Hətta Rusiyada bəzi məşhur insanlar, gələn neqativ rəyləri nəzərə alıb başsağlığı mesajlarını sildilər”.

Müşahidələrimiz göstərir ki, hadisə ilə bağlı ən son məlumatlar elə sosial media üzərindən sürətlə yayılır. Bütün bu xidmətlər onu göstərir ki, belə məqamlarda həmişə sosial media yetərincə aktiv olub və insanlara yardım edib. Həm məlumatları ictimaiyyətə operativ çatırmaq, həm də zərər çəkənlərə yardım etmək baxımından bu kimi hadisələrdə sosial medianın təsiri böyük olub.

Deyə bilərik ki, hadisə ilə bağlı məlumat əldə etmək istəyən şəxslərin əksəriyyəti xəbər saytlarından daha çox  Facebook vasitəsilə istədikləri məlumatı daha dəqiq əldə edə bilirlər.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Facebook Parisdəki terrorla bağlı təhlükəsizlik səhifəsi yaratdı

14-11-2015

Baş Prokurorluq media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib

19-09-2023

Terror hadisələrini əvvəlcədən xəbər verən mobil tətbiq

09-06-2016

Facebook təhlükəsizlik xidmətini Ankaradakı partlayış üçün istifadəyə verib

18-02-2016

“Sosial şəbəkələrdə paylaşımlarda diqqətli olmaq lazımdır”

10-08-2015

Sosial şəbəkələr terrora dəstək verir

13-11-2014

Facebook istifadəçilərdən üzr istədi

28-03-2016

Youtube terroçulara zərbə vurdu

12-09-2008

Mark Zuckerberg “Təhlükəsizlik Yoxlanışı”xidməti ilə bağlı tənqidlərə cavab verdi

16-11-2015

Facebook-da qadağalar dövrü başlayır

26-03-2015

Əraqçi: İranda internet terror göstərişlərindən sonra söndürülüb

13-01-2026

Ekspert kibercinayətkarlıqla mübarizədən danışdı

23-07-2018

"Facebook"dan videolara qadağa

18-01-2015

Türkiyə terrora görə sosial şəbəkələri nəzarətə götürdü

29-06-2016

İnternet problemi terror ola bilərmi? - Açıqlama

22-11-2015

Ekspert deputatları, siyasətçiləri, ictimai fəalları - Qınadı

04-04-2019

İŞİD Facebook və Twitter-in rəhbərini təhdid etdi

27-02-2016

Fransa hökumətinə sosial şəbəkələri bloklamaq səlahiyyəti verilib

21-11-2015

Azərbaycanlı xanım YouTube-un baş ofisində intihar edib

04-04-2018

İnsanlar sosial şəbəkələrdən niyə asılıdır?-Araşdırma

25-12-2015

ABŞ məmurları «Twitter»çidirlər

11-06-2010

“Bəzi insanlar Twitter hesabına bir növ şəxsi Hayd Parkı kimi baxır”

09-01-2015

Əli Abbasov: “Həyatını, yaxınlarını itirənlərin dərdinə şərikik”

20-05-2015

Azercell bir daha sosial şəbəkələrdə lider oldu

04-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə