Facebook Parisdəki terror aktları ilə bağlı aktivləşdirdiyi “Safety Check”(Təhlükəsizlik Yoxlanışı) funksiyasından ictimai fəlakətlərdə daha geniş platformada istifadə edəcəyini açıqlayıb.
Xeberler.az-ın məlumatına görə, şirkətin öz təhlükəsizlik yoxlanışı xidmətini Paris partlayışıları üçün aktivləşdirib, lakin Beyrut və daha əvvəlki partlayışlar üçün aktivləşdirməməsi ilə bağlı tənqidlərə cavab olaraq şirkətin prezidenti Mark Zuckerberg bildirib ki, bundan sonra ictimai fəlakətlərdə təhlükəsizlik yoxlanışlarından daha geniş istifadə ediləcək.
Zuckerberg belə izah edib ki, şirkət "Təhlükəsizlik Yoxlanışı"nı ilk dəfə Parisdəki terror hücumlarında zəlzələ kimi təbii fəlakətlər üçün yox, ictimai fəlakətlər üçün aktivləşdirib.
Qeyd edək ki, bu xidmət hadisənin baş verdiyi ərazidəki insanların öz Facebook dostlarına təhlükəsiz vəziyyətdə olduqları ilə bağlı bildiriş göndərməklərinə kömək edir.
Facebook profil şəkilləri Fransa bayraqları ilə yeniləndikdən və Parisdəki insanların təhlükəsizlik yoxlanışından keçdikdən sonra bir çoxları eyni dəstəyin niyə Parisdəki hücumlardan bir gün əvvəl Beyrutda baş vermiş və 40 nəfərin həyatını itirdiyi partlayışlarda da göstərilmədiyinə ciddi etiraz ediblər.
Zuckerberg Facebook-da bu məsələyə şərhində yazıb:
“Siz haqlısınız ki, dünyada başqa vacib münaqişələr çoxdur. Biz bütün insanların qeydinə bərabər şəkildə qalırıq və çox çalışacağıq ki, bu cür vəziyətlərdə əziyyət çəkən insanlara bacardığımız qədər kömək edək.”
Zuckerberg öz Fransa bayraqlı şəklindəki şərhində bildirib ki, Facebook-un siyasəti cümə günündən etibarən dəyişib və bu, imkan verəcək ki, gələcəkdə ictimai fəlakətlərdə bu imkandan daha çox istifadə edilsin.
"Təhlükəsizlik Yoxlanışı" ilk dəfə 2011-ci ildə Tokiodakı tsunami və nüvə fəlakətində istifadə edilib. Bundan sonra Əfqanıstan, Nepal və Çilidəki zəlzələlər kimi müxtəlif təbii fəlakətlərdə istifadə edilib.
Murad Məmmədzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri