Previous Next
Bağla

“Fiber optik internet baha olduğundan abunəçilər yararlana bilmir”

13-05-2016 16:19
“Fiber optik internet baha olduğundan abunəçilər yararlana bilmir”

Hazırda ölkənin internet xidmətlərində bəzi problemlər müşahidə edilir.

Məlumat verdiyimiz kimi, 2-ci səviyyəli provayderlərin əsas backbone provayder olan  Delta Telecom-a  yığılıb qalmış  borcları  şirkətlə provayderlər arasında ciddi narazılıq yaratmışdı.

Hətta Delta Telecom bəyan etmişdi ki, borclarını ödəməyən provayderləri məhkəməyə də verəcək və yaxud da onlara verilən internet trafikini azaldacaq.

Bununla yanaşı, son dövlərdə özəl provayderlərin dövlət provayderləri tərəfindən sıxışdırılması, kabel –kanal sistemindən istifadəyə maneələr yaradılması, bununla bağlı tariflərin kəskin yüksək olması  ilə bağlı məlumatlar da mediada yer alıb. Biz də bununla bağlı yazılar vermişik.

Əksər provayderlərin istifadəçiləri çəkidə aldatması da  uzun müddətdir ki, müzakirə mövzusudur.

Eyni zamanda bir müddət öncə  Delta Telecom-un öz saytında provayderlərin aldığı və istifadəyə verdiyi internet trafikini onlayn olaraq izləməyə imkan yaradıb. Belə ki, artıq adi istifadəçilər bu imkandan yararlanaraq provayderlərin keyfiyyətli xidmət üçün nə dərəcədə etibarlı olmasını müəyyən edə bilir.

Əlbəttə bütün bunlar istifadəçilər arasında olduğu kimi elə provayderlərin də müzakirə mövzusuna çevrilib.

Odur ki,  bunlarla bağlı  Data Plus MMC-nin direktoru Tural Abbasov ilə ətraflı söhbət etdik.

Özəl provayder olan  Data Plus-un  fəaliyyəti, Delta Telecom-un bu yenliyinin şirkətin işinə necə təsir etdiyi barədə Tural Abbasov Xeberler.az-a ətraflı məlumat verib.

-Tural müəllim son dövrlər Delta Telecom yeni bir xidmət istifadəyə verib, hansı ki, bununla provayderin trafikinə onlayn nəzarət etmək imkanı yaradıb. Bunu necə dəyərləndirirsiniz? Bunun sizin fəaliyyətinizə, işinizə necə, nə kimi təsirləri olub?

 -Delta Telecom-un bu xidməti vasitəsi ilə müştərilər provayderin aldığı ümumi internet trafikinin  həcmini, ondan istifadəni, hətta ən böyük yüklənmə saatlarında bu resursun yetərli olub-olmamasını onlayn olaraq izləyə bilirlər. Bu bizim fəaliyyətimizə çox müsbət təsir göstərir.

Data Plus öz şəbəkəsində ən böyük yüklənmə saatlarında internet resurslarından istifadəni mühüm amil hesab edərək, öz fəaliyyətini ən böyük yüklənməyə uyğun tənzimləyir. Biz şəbəkədə mütəmadi olaraq abunəçi sayına mütənasib artan internet resursuna tələbləri və ən böyük yüklənmə saatlarında yüklənmə risklərini nəzərə alaraq dövrü olaraq ən böyük yüklənmə saatında tələb olunan beynəlxalq internet resursu alırıq. Data Plus şəbəkəsinin istifadəçilərin gün və həftə ərzində internetdən istifadənin statistikasını  sizə də təqdim edə bilərik:

 

-Data Plus istifadəçiləri günün ən çox hansı saatında daha çox internet istifadə edir? Bu təlabatı tam ödəyə bilirsinizmi?

 - Data Plus istifadəçiləri gün ərzində orta hesabla saniyədə sürətli internetdən, ən böyük yüklənmə pik saatlarında isə saniyədə 11200 Mbt/s internet satın alır. Hətta ən böyük yüklənmə pik saatlarında Data Plus şəbəkəsində 800 Mbit/s internet ehtiyat olaraq onlara qalır.

 -Regionlarda internetə tələbat necədir?

 -Bakı şəhəri ilə regionlarda internetə olan tələbatda fərq mövcuddur. Həm də regionlarda internet xidməti göstərmək (nəqliyyat, ezamiyyət və s. xərclər) daha baha başa gəlir. Regionlarda Bakıya nəzərən mütəxəssis azdır.

Bütün bunlara baxmayaraq Data Plus kollektivi regionlarda keyfiyyətli internet xidmətinə nail oluruq. Həmçinin Delta Telecom LTD internet provayderlərə internet resurslarını regionlarda mərkəzi telefon stansiyalarında təqdim etdiyindən bu regionlarda xidmət göstərən bütün provayderlərin, o cümlədən bizim işimizi asanlaşdırır.

-Əhali telefon xətti üzərindən ADSL internet almağa üstünlük verirlər, yoxsa ayrıca fiber optik internet istəyirlər? Yəni, yüksək sürətli internetə tələbat necədir?

 -Hazırda mənzil abunəçilər 1-2 Mbt/s sürətli internet  ilə kifayətlənir. Onlar əsasən  ADSL internet almağa üstünlük verirler. Telefon xətti olmayan yeni yaşayış binalarında fiber optik kabel üzərindən abunəçilərə göstərilən internet xidməti keyfiyyəti ADSL üzərindən verilən internetdən dəfələrlə üstündür və tariflər ADSL tarifləri ilə eynidir.

İdarə, təşkilat, otel və s. böyük şirkətlər ayrıca fiber optik kabel üzərindən internetdən istifadə etmək istəyirlər. Lakin fiber optik kabel çəkiliş tarifləri və ümumi xərcləri yüksək olduğundan abunəçilər yararlana bilmir. Proqnoz göstərir ki, gələcəkdə fiber optik internetə tələbat daha da artacaq.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Data Plus provayderinin direktoru vəzifəsindən ayrılıb

05-07-2016

“Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

04-03-2016

Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

07-12-2016

Data Plus istifadəçilərə kompensasiya verəcək

01-11-2017

Data Plus da Delta Telecom-dan ayrılıb?

01-11-2017

Delta Telecom provayderlərin həftəlik və aylıq statistikasını təqdim edib

14-03-2016

Delta Telecom data-mərkəzin yaradılması işini yekunlaşdırır

09-06-2009

Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

25-12-2009

Azərbaycanda istifadə olunan internet-trafikin həcmi artıb

18-01-2016

Osman Gündüz: “Elmir Vəlizadənin dedikləri həqiqəti əks etdirmir”

03-12-2015

«Delta Telecom» şirkəti DATA mərkəzinin yaradılmasını başa çatdırır

27-02-2009

Delta Telecom SAZZ provayderini məhkəməyə verdi

23-05-2017

Ailə NET internet sürətini artırır

17-03-2018

Delta Telecom mobil rabitə xidməti göstərəcək

23-09-2015

Ailə TV -dən 1 ay pulsuz istifadə imkanı

04-03-2016

İnternet-trafikin həcmi rekord həddə çatdı - Hesabat

08-11-2015

Delta Telecom provayderləri məhkəməyə verəcək

12-01-2016

Connect internet tariflərində endirim edib

03-03-2016

VİDEO: Provayderlər müştərilərini aldada bilməyəcək - Yeni Xidmət

06-03-2016

CityNet artıq Delta Telecom-dan internet almır

07-04-2016

İnternetin sürəti 2 qat artacaq - Ailə NET

06-06-2018

Delta Telecom-un istifadəçilərə birbaşa internet xidməti göstərməsi nəyi dəyişəcək ?

11-03-2016

Respublika ərazisində yaranan internet probleminin səbəbi açıqlanıb

22-04-2020

Ailə NET internetin sürətini artırır

13-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə