Previous Next
Bağla

Film istehsalçıları və kinoteatr şəbəkələri təmsilçiləri ilə görüş keçirilib  

22-02-2023 12:17
Film istehsalçıları və kinoteatr şəbəkələri təmsilçiləri ilə görüş keçirilib   

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və aradan qaldırılması məqsədilə dialoq formatında görüşlərin keçirilməsini və birgə əməkdaşlığı davam etdirir.

Xeberler.az bildirir ki, növbəti belə görüş Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi, Mədəniyyət Nazirliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə kinofilm istehsalı, dublyaj və animasiya sahəsində fəaliyyət göstərən əsas istehsalçılar və kinoteatrlar şəbəkələri ilə onlayn formatda keçirilib.

Görüş dövlət başçısının 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələrək mədəniyyət sahəsi üzrə inkişafın stimullaşdırılması, investisiya və kapital qoyuluşu həcminin artırılması üçün verilə biləcək vergi təşviqlərinin dairəsinin müəyyənləşdirilməsi məqsədilə təşkil edilib.

Görüşdə ölkəmizdə kinematoqrafiya sektorunda çalışan şəxslər üçün əlverişli şəraitin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən milli kinofilmlərin istehsalı və yayımı üzrə sahibkarlıq subyektlərinin fəaliyyətinə təşviqlərin verilməsinə dair təkliflər dinlənilib, xüsusi əhəmiyyət daşıyan sahəvi qanunvericilik aktları və qaydalarında mümkün dəyişikliklərin vacibliyi iştirakçılar tərəfindən qeyd olunub.

Sonda dövlət – biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal platformalarda vergitutma mexanizmləri müzakirə edilib

26-02-2026

Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

05-09-2016

Gömrüklə bağlı sahibkarların qarşılaşdığı problemlər müzakirə edilib

20-12-2022

Azərbaycanda mikro və kiçik sahibkarlar üçün vergi inzibatçılığı sadələşdirilir

11-10-2023

İnternetlə xaricdən alınan mallara - vergi/rüsum tətbiq edilə bilər

31-05-2022

Qazaxıstan Azərbaycanda vergi sisteminin rəqəmsallaşması təcrübəsilə tanış olub

17-02-2024

Süni intellekt modulları əsasında informasiya sistemləri qurulacaq

15-02-2024

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

21-12-2016

Azərbaycan və Estoniya əməkdaşlıq məsələlərini müzakirə edib

03-12-2025

Azərbaycanda vergi sahəsində yeni interaktiv e-xidmətlər tətbiq ediləcək

11-02-2023

İnformasiya təhlükəsizliyi üzrə vergi və icbari ödənişlərə güzəştlər müəyyən ediləcək

28-08-2023

Vergi ödəyicilərinə 63 e-xidmət göstərilir

20-12-2016

Artıq ödənilmiş vergilərin qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb

11-01-2019

Şəffaf uçot sisteminin qurulması ilə bağlı məsələlər müzakirə edilib

26-01-2019

IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb

18-06-2025

DGK sədri: "Vergi sistemində rəqəmsallaşma büdcə ödənişlərindən yayınmanı azaldıb"

13-02-2025

Vergilər naziri Rəqəmsal İqtisadiyyata dair Vergi Sammitində iştirak edib

30-10-2018

Vergilər nazirliyinin E-qeydiyyat sistemi istifadəyə verilib

01-07-2011

Aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi təşviqləri verilib

09-01-2023

Dövlət Vergi Xidməti beynəlxalq kommunikasiya forumunda təmsil olunub

10-03-2025

Vergi ödəyiciləri üçün xidmətlərdə yeni rəqəmsal həllər hazırlanır

24-11-2022

İİTKM-də rəqəmsal ödənişlərə dair proqramın ilkin nəticəsi müzakirə edilib

12-10-2021

Biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan jurnalistlər üçün təlim keçirilib

18-07-2022

ADB ilə elektron ticarətin vergiyə cəlb edilməsi müzakirə edilib

18-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə