Previous Next
Bağla
REKLAM YERİ

Fransa prezidenti sərt tənqidlərə tuş gəlib

11-02-2025 19:03
Fransa prezidenti sərt tənqidlərə tuş gəlib

Fransa televiziyasında Prezident Emmanuel Makronla müsahibə zamanı onun haqqında süni intellektlə yaradılmış videoçarx yayımlanıb.

Xeberler.az məlumat verir ki, fransız və hind jurnalistlərə müsahibə zamanı nümayiş olunan videoçarx sürətlə yayılıb. Lakin bu hal internet istifadəçiləri, o cümlədən ölkənin siyasi xadimləri tərəfindən sərt tənqid edilib. E.Makronun gülərək qarşıladığı videoçarxın, əslində, gülüş doğurmadığı və bu halın ölkə üçün rüsvayçılıq olduğu deyilib.

Sağçı Marion Mareşal X sosial şəbəkəsində bildirib ki, ölkə artıq çökür. Prezident isə sosial şəbəkələrdə zarafatlaşır və dövləti biabır edir. Keçmiş nazir Filipp dö Vilye E.Makronun tənəzzülündən danışıb. “O, öz riyakarlığı ilə bizi rüsvay edir. O, getməlidir”, - deyə sabiq nazir vurğulayıb. “Makron çarəsizdir. Görünür ki, o, investisiya istiqrazlarına sərmayə qoyur. Heç bir əsaslı məsələ həll olunmur”, - deyə “Əyilməz Fransa” Partiyasının yaradıcısı Jan-Lük Melanşon vurğulayıb.

İqtisadçı Filip Mürer isə müsahibə zamanı qeydə alınanlara jurnalistlərin reaksiya verməmələrinə təəccüblənib. O, eyni zamanda, E.Makronun “biz heç vaxt ölkəni bu qədər sənayeləşdirməmişik” fikrinə cavab verib. Statistika və İqtisadi Araşdırmalar Milli İnstitutunun məlumatına istinad edərək, Fransada sənaye istehsalının 2017-ci illə müqayisədə 6 faiz azaldığını diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki, televiziya ilə çıxışı zamanı E.Makron amerikalı həmkarı Donald Trampın 500 milyardlıq planına “ekvivalent” planı ilə öyünərək, Fransada süni intellektə 109 milyard sərmayə yatırıldığını açıqlayıb. Lakin onun yüksəkdən səsləndirdiyi bu göstərici, əslində, həqiqəti əks etdirmir. Çünki bu sərmayəyə xarici kapital, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin 30-50 milyard, Kanadanın isə 20 milyard avrosu da daxildir.

Sadalananlarla yanaşı, bildirilib ki, süni intellektə görə dərhal vəsait tapan E.Makron xəstəxanalar və məktəblər üçün pul tapa bilmir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Makron uşaqlar üçün sosial media, mobil telefon qadağasını sürətləndirmək istəyir

25-01-2026

Makron Pavel Durovun saxlanılmasına münasibət bildirib

26-08-2024

Makronla “Uber” şirkəti arasında gizli sövdələşmə olduğu üzə çıxıb

18-07-2023

Fransada yetkinlik yaşına çatmayanlara sosial şəbəkələr qadağan edilə bilər

11-12-2025

Makron: Növbəti müharibə kosmosda olacaq

13-11-2025

KİV: Makron aktiv “Telegram” istifadəçisidir

27-08-2024

Durov: Fəxr edirəm ki, “Telegram” Fransada etirazlar üçün alətə çevrilib

10-09-2025

KİV: Makron Pavel Durova "Telegram"ın ofisini Parisə köçürməyi təklif edibmiş

28-08-2024

Fransada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilib

27-01-2026

Fransa peykləri lazer silahları ilə təchiz edəcək

30-07-2019

Fransa peykləri lazer silahları ilə təchiz edəcək

30-07-2019

İlon Mask Pavel Durovun həbsi ilə bağlı Makrona müraciət edib

27-08-2024

Berlində Avropa Rəqəmsal Sammiti keçirilib

19-11-2025

Paşinyan Fransada süni intellekt sammitində iştirak edəcək

10-02-2025

Pavel Durov Fransada həbsinin səhv olduğunu bildirib

25-08-2025

Fransa və Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib

06-07-2015

Fransa elektron səsvermədən imtina edib

07-03-2017

“Azərbaycanda internet azaddır, senzura yoxdur”

09-06-2016

Dövlət Agentliyinin nümayəndəsi Fransada və Mərakeşdə səfərdə olub

26-10-2019

Elon Musk Tesla-nın yeni robotu Optimus-u təqdim etdi

03-10-2022

5 ildə regionların inkişafına 24 milyard manatdan çox vəsait ayrılıb

30-01-2019

Donald Trump "TikTok"-u bloklamaq niyyətində deyil

31-03-2025

“Microsoft” 60 milyard dollarlıq səhmləri geri almaq istəyir

17-09-2024

AK süni intellektə investisiya cəlb etmək üçün təşəbbüs başladır

11-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə