G‐Cloud dövlət İKT xərclərini 50 faiz azalda bilər

12-02-2016 / 10:38

Bu gün Avropa Birliyinin bir çox ölkəsində eyni vaxtda ABŞ‐də qəbul edilən Cloud First qanunu imkan verdi ki, dövlət bulud texnologiyalarından istifadə edərək İKT xərclərini azaltsın və sahibkarlıq mühitini inkişaf etdirib, təhlükəsizliyi, çevikliyi artırsın.

 Bəs G‐Cloud nədir ?

G yəni Government – dövlət, Cloud – bulud qısaca bulud texnologiyalarını özündə cəmləşdirə bilən dövlət bulud bazar yeri arxitekturasıdır. “Elekton Hökumət”  və ya ASAN xidmət-in bulud versiyası düşünə bilərsiniz. Yəni , bulud xidmətləri verə biləcək bütün provayderlər vahid elektron platformada məhsulların satışa çıxardır, istəyən hər kəs (fiziki, hüquqi, dövlət qurumları və s) platformadan bir neçə kliklə bulud məhsulunu seçib alır.

Məhsul bir neçə dəqiqə sonra istifadəyə hazır olur. Məsələn, qarşıdan gələn İslam Oyunları üçün Olimpiya Komitəsi yeni serverlər almalıdır, serverləri infrastruktura qoşmaq üçün şəbəkə avadanlığı almalıdır, elektrik kəsintisindən bu serverləri qorumaq üçün  generator və ups, serverlərini qızmaması üçün isə Data otağı və soyutma avadanlıqları. Bu sistemi işlək vəziyyətdə tutmaq üçün isə mütəxəssislər cəlb etməlidir. Amma İslam Oyunları ildə  bir dəfə olur və bir neçə gün davam edir.  Serverlərin ortalama ömrü isə 3‐5 ildir. İldə bir dəfə olacaq layihə üçün bu qədər Capex  (avadanlıq satınalma xərcləri) etmək əvəzinə, Olimpiya Komitəsi G‐Cloud bazar yerindən tələblərə uyğun serveri seçib bir neçə kliklə hazır vəziyyətə gətirir.

Bu misalda Olimpiya Komitəsinin bulud xidmətlərindən istifadə etdiyi üçün əldə etdiyi faydalara baxaq.

● Çeviklik: Bir neçə ay ərzində hazır ola biləcək İKT infrastrukturu bir neçə dəqiqə ərzində hazır vəziyyətə gətirir. Satınalma, sazlama, qoşma kimi uzun proseslərdən azad olur.

● Xərclərə qanaət: “Serverlərin” əvəzinə“Virtual Serverlər” alır. Daima işlək vəziyyətdə olması üçün heç bir əlavə xərc çəkmir. Layihə bitdiyində də virtual serverləri ləğv edir.

 ● Təhlükəsizlik: Təhlükələrə qarşı həm dövlət,  həm özəl sektorun mütəxəssis heyəti sistemi 7/24 nəzarət altında saxlayır, əlavə olaraq istədiyi təhlükəsizlik xidmətini sistemdən seçib sazlaya bilir.

Bəs bu mükəmməl G‐Cloud arxitekturasının pərdəarxası necə işləyir ?

Bulud xidmətləri göstərəcək vendorlar öz məhsul kataloqunu hazırlayıb uyğunluğunu yoxlamaq üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə(RYTN) göndərir. RYTN xidmət təklifini 3 başlıqda incələyir:

● SLA: Xidmətin Azərbaycan Respublikasının qanunvericiliyinə,  davamiyyət şərtinə(99.99 faiz ) uyğun olub- olmadığını yoxlayır.

● Təhlükəsizlik: Xidmətin nə dərəcədə təhlükəsiz olduğunu testlərə tabe tutub, yoxlanışa mümkünlüyünü araşdırır.

● Keyfiyyət: Xidmətin texniki funksiyalarının tam işlək vəziyyətdə olduğunu araşdırır. Bütün bu testlərdən xidmət uğurlu keçsə, təklifə uyğunluq sertifikati verilib  Dövlət Bulud Bazar Yeri platformasına yerləşdirilməsinə icazə verir.

Bəs Satın Almalar üzrə Dövlət Agentliyi (S.A.D.A):

Hər bir dövlət müəssəsi 50.000 AZN‐dən yuxarı layihə xərclərinin icazəsini S.A.D.A‐dan almaq məcburiyyətindədir. S.A.D.A layihəni incələdikdən sonra dövlət müəssəsinə bu satınalma xərcinə icazə vermək yerinə təklif edir ki, İKT məhsulunu satın almaq yerinə, Dövlət Bulud Bazar Yerindən icarəyə götür, xərclərini azalt. Təklifdə düzəlişlər olunub qəbul olunduqdan sonra, dövlət müəssəsi “Elektron Hökumət”  kartı ilə Dövlət Bulud Bazar Yerindən lazım olan bulud xidmətini satın alır.

Nəticə:G‐Cloud (Dövlət Bulud Bazarı) layihəsini həyata keçirmək vacib və aktualdır. Bunun üçün Azərbaycanda həm xidmətləri özündə birləşdirən “Elektron Hökumət”  portalı (E‐Gov), həm də 99.98 faiz  işlək vəziyyətdə ola biləcək Data Mərkəzləri və mütəxəssis heyəti var. 

Hazırladı: Biznesin inkişafı üzrә mütәxәssis Nicat Manafov 

LinkedIn:https://www.linkedin.com/in/nicatmanafov/en


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə