Azərbaycanlı gənclər ölkəmizdə və dünya bazarında müştəri məmnuniyyətini yüksək səviyyəyə qaldırmağı hədəfləyən yeni startap hazırlayıb.
Belə ki, Qmeter adlanan bu məhsulun əsas məqsədi xidmət sahəsində fəaliyyət göstərən şirkətlərə ən effektiv əlaqə alətləri təqdim etməkdir.
Platforma aprelin 24-də fəaliyyətə başlayıb.
Qmeter barədə daha ətraflı layihə rəhbəri Adil Abdullayev ilə söhbət etdik.
Adil Abdullayev Xeberler.az-a məhsulun adının Qmeter seçilməsi də təsadüfi olmadığını deyib:
““Quality Meter” (keyfiyyət ölçən) olan bu onlayn həll, biznes sahiblərinin öz xidmət səviyyəsini ölçmələri üçün geniş funksiyalı alətdir. Veb və mobil tətbiq olaraq fəaliyyət göstərən Qmeter artıq istənilən bizneslər üçün istifadəyə açıqdır. Müştəri ilə təmasda olan bütün biznes növləri üçün uyğunlaşdırılmış həll çox asan idarəolunma mexanizminə malikdir”.
Layihə rəhbəri deyib ki, sadə və istifadəsi rahat olan Qmeter mobil tətbiqi şirkətlər tərəfindən müştərilərinə təqdim edilir və onların xidmətlə bağlı fikirlərini toplayır. Müştəridən tələb olunan yeganə addım ekranda gördüyü düymələrə klik edərək xidmət haqda düşüncələrini paylaşmaqdır:
“Biznes sahibləri isə öz növbəsində bu fikirləri dərhal (real-time) əldə edir, müştərilərinin xidmət haqda nəyi sevdiyini və ən əsası nədən narazı qaldığını dərhal görə bilirlər. Bu isə onlara xidmətlərində yaranmış çətinlikləri, çatışmamazlıqları aradan qaldırmağa imkan yaradır. Xidmətdə xüsusi olaraq konfiqurasiya olunan SMS və Email bildiriş funksiyaları sayəsində biznes sahibi əldə etmiş neqativ dəyərləndirmə haqda məlumatı dərhal mobil telefonuna əldə edə və ehtiyac olduqda dərhal müştəri ilə əlaqə saxlayaraq yaranmış çətinliyi aradan qaldıra bilər. Xidməti dəyərləndirən müştərilər istəkdən asılı olaraq öz şəxsi məlumatlarını tətbiqə əlavə edə bilərlər.Bu, müştəriyə şirkətin keçirdiyi kampaniya və xüsusi endirimlər haqda məlumatın effektiv olaraq çatdırılasında və ya hər hansı bir xoşagəlməz halın baş verməsi zamanı onunla əlaqə yaratmağa imkan verir”.
Onun sözlərinə görə, şirkət nümayəndələrinin dediyinə görə xidmət kağızla hazırlanmış geridönüş formasından fərqli olaraq müştəri məmnuniyyətinin ölçülməsini daha effektiv hala gətirir və ən əsası, biznes sahibinin ehtiyacı olan müştəri fikirlərini detallı statistika ilə onlara dərhal təqdim edir.
Adil Abdullayev qeyd edib ki, layihənin biznes planı 2 ildir ki, hazırlanıb. Layihə üzərində isə aktiv olaraq son 8 aydır işləyirlər.
Təsisçi layihə başlamazadan öncə həm yerli, həm də qlobal bazarda araşdırma apardıqlarını deyib:
“Dünya bazarında bununla bağlı araşdırma aparıldı. Məlum oldu ki, bu konsepsiya ümumiyyətlə mövcud deyil. Düzdür, buna oxşar müəyyən layihələr var. Amma bizim düşündüyümüz konsepsiya tam yeni və təkdir. Bizim platformada feedback (rəy) vermək prosesi qısa və effektiv üsul ilə təqdim edilir. 3 saniyəyə bizim konsept ilə feedback vermək mümkündür”.
Layihə rəhbəri deyib ki, Qmeter dünən istifadəyə verilməsinə baxmayaraq hazırda layihəyə yerli bazarda böyük maraq var və artəq investisiya etmək istəyənlər də müraciət edib.
Onun sözlərinə görə, layihənin veb səhifəsinə müxtəlif ölkələrdən çox sayda mesaj gəlir:
“Saytda qurduğumuz “ Life Chat” vaistəsi ilə müxtəlif ölkələrdən maraqlı suallar alırıq. Məqsədimiz layihəni dünya bazarında yaymaq və müştəri xidmətlərinin keyfiyyətinin ölçülməsində dünya səviyyəsində yer almaqdır”.
Qeyd edək ki, Qmeter layihəsinin komandası Adil Abdullayev, Kamran Səmədli, Elnur Məmmədov Fariz Əliyev və Amid Quliyev olmaqla 5 nəfərdən ibarətdir.
Qmeter xidmətindən istifadə etmək istəyən bizneslər üçün aylıq abunəlik 15 ABŞ dolları olaraq müəyyənləşdrilib. Xidmət Azərbaycan şirkətləri üçün bir ay pulsuz istifadə imkanı təqdim edir.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri