“Gömrük Komitəsinin qərarı əhaliyə ziyan gətirməməlidir”- çağırış

08-02-2015 / 14:10
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz elektron ticarətdən sui-istifadə hallarının qarşısını almaq məqsədi ilə Dövlət Gömrük Komitəsinin Nazirlər Kabinetinə etdiyi müraciəti qınayıb və “Limitin 1000 dollardan 150 dollara endirilməsində maraqlı qüvvələr var” açıqlaması ilə çıxış edib.
 
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli də Osman Gündüzün qənaətini bölüşür və təklif edir ki, qəbul edilən qərarlar heç bir halda əhaliyə ziyan gətirməməlidir:
 
"Beynəlxalq səviyyədə çoxdan istifadə olunmağa başlayan elektron ticarətdən Azərbaycanda da geniş istifadə olunması üçün zəruri şərait yaradılmalı, dünya təcrübəsində özünü doğruldan stimullaşdırıcı amillər yaradıcılıqla tətbiq olunmalı, eyni zamanda həm də elektron ticarətdən sui-istifadə hallarının qarşısını almaqdan ötrü təsirli tədbirlər görülməlidir. Bu zaman həm də idarə və şəxsi maraqlar xalqın maraqlarının ifadəsi olan dövlət maraqlarından üstün tutulmalıdır.
Bu prinsip həmişə, hər yerdə, o cümlədən mobil telefonlarla bağlı yaranmış vəziyyətdə də rəhbər tutulmalıdır.
|
Qəbul edilən qərarlar əhaliyə ziyan gətirməməli, qiymətlərin artmasına səbəb olmamlıdır.
Ona görə də Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün “bu qərar mobil telefonların qiymətlərinin artmasına, alıcıların aktivliyinin azalmasına və s. kimi mənfi nəticələrə gətirib çıxaracağı xəbərdarlığı” barədəki narahatlığını dəstəkləyir və aidiyyatı qurumların qərar qəbul edərkən bu cür mütəxəssis rəylərini də nəzərə almasınını problemin həllinə optimal yanaşma variant hesab edirəm"(moderator.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə