Artıq bir müddətdir insanların vergidən yayınmaq məqsədi ilə bəzi üsullardan istifadə etdiyi haqqında məlumatlar verilir. Bununla bağlı növbəti xəbər mobil telefonla bağlı gəldi. Belə ki, 1000 dollarlıq mobil telefon alındığı vaxt vergi ödəməmək, insanlarda sui-istifadə hallarının artıdığı əsas gətirilir. Artıq elektron ticarətdən sui-istifadə hallarının qarşısını almaq məqsədi ilə Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinə müraciət edib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, bu cür qeyri-qanuni işlərin qarşısını almaq üçün dövlətin qurumları var: “Mən istisna etmirəm ki, bəzi insanlar bu limitdən istifadə edib, mobil telefon bazarının aktivliyini nəzərə alıb ölkəyə kommersiya məqsədi ilə telefon gətirir. Amma bu məsələni səbəb gətirərək bu limitin 1000 dollardan 150 dollara qədər endirilməsi heç cür yolverilən hal deyil. Bu cür qeyri-qanuni işlərin qarşısını almaq üçün dövlətin qurumları var. Dövlət Gömrük Komitəsində, Vergilər Nazirliyində müvafiq qurumlar fəaliyyət göstərir. Bu kimi halların qarşısnı almaq sadə bir məsələdir. Amma istisna etmirəm ki, bazarda müəyyən qrupların marağı da ola bilər ki, bu limit aşağı düşsün. Bu qrupların da qərar qəbul edən dairələrə müəyyən təsirləri ola bilər.
Nazirlər Kabineti bu məsələ ilə bağlı 4 nazirliyə - İqtisadi İnkişaf Nazirliyi, Rabitə Nazirliyi, Maliyyə Nazirliyi və Gömrük Komitəsinə rəy əldə etmək üçün təqdimatlar göndərib. Düşünürəm ki, İqtisadi İnkişaf Nazirliyi və Rabitə Nazirliyi bu təqdimata müsbət rəy verməyəcək. Çünki bu qərar mobil telefonların qiymətlərinin artmasına, alıcıların aktivliyinin azalmasına və s. kimi mənfi nəticələri olacaq”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri