Google axtarış versiyalarına çox yaxında "satın alma" düyməsini əlavə edəcəyini açıqlayıb.
Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu düymə sayəsində istifadəçilər ayrı bir Internet saytını ziyarət etmədən istənilən məhsulu satın ala biləcəklər.
Şirkətin idarəçilərindən olan Omid Kordestani bu funksiyanın istifadəçilər üçün alış-verişi asanlaşdıracağını və beləcə, İnternetdən daha çox alış-veriş edə biləcəklərini bildirib.
Google çox sayda istifadəçinin alış-veriş etdiyi Amazon ilə güclü bir rəqabətə girmək vəziyyətindədir.
Məkan təyin etmə sistemi sayəsində istifadəçilərə yaxındakı seçimlərin də təqdim ediləcəyini yazan şirkət rəsmisi yer mərkəzli axtarış sistemindən istifadə edənlərin keçən ilə nisbətən iki qat artdığını da əlavə edib.
İstifadəçilərin Google-dan məkan əsaslı axtarışlar edərək məhsul satın alması şirkətin əhəmiyyətli gəlir qaynaqlarından birini təşkil edir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri