Uğursuz texnologiya məhsullarının muzeyi açılıb

13-06-2017 / 17:12

Hətta böyük İT şirkətlər də bəzən tələbat olmayan məhsulu bazara çıxararaq səhvə yol verirlər.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, İsveçdə kommersiya baxımından uğur qazana bilməyən bu kimi texnologiya məhsullarının muzeyi açılıb.

Vesta kolleksiyasının eksponatları arasında müasir planşetlərin sələfi olan Apple Newton fərdi rəqəmsal köməkçi də var. Sensor ekran və hətta əl ilə yazılmış hərflərin tanınması sisteminə malik olan qadcet 1993-cü ildə istehsal edilib. Lakin qurğu gözlənilən uğura nail ola bilməyib, bu da istehsalçıları layihəni dayandırmağa vadar edib.

Daha bir eksponat isə imkanları Google korporasiyası tərəfindən həddindən artıq yüksək qiymətləndirilmiş Google Glass əlavə reallıq eynəyidir.

Bundan başqa, 1970-ci illərin əvvəllərində Sony şirkətinin mütəxəssislərinin hazırladığı Betamax” video-kasetləri də unudulmayıb.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə