Light şirkəti təsvirin əldə olunması üçün 16 obyektivin quraşdırıldığı L16 eksperimental kamerasını təqdim edib. Qurğunun “gözlər”i (onların sayı infraqırmızı sensor ilə birlikdə 17-dir) cihazın ön panelində yerləşir.
Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, kameranın obyektivlərindən hər biri 13 meqapiksel matrisə malikdir. Onlar fokus məsafəsinə görə üç qrupa bölünür: obyektivlərdən beşi 32 mm, beşi 70 mm, altısı isə 150 mm. “L16”nın digər tərəfində isə idarəetmə, parametrlər, miqyas və fokuslamanın dəyişdirilməsi üçün 5 düymlük “touchscreen” quraşdırılıb.
Yeni qurğu təsviri eyni zamanda bir neçə obyektivə qeydə ala və onları 52 meqapikselədək ölçüyə imkan verən təsvirdə birləşdirə bilər. Bundan əlavə, yeni texnologiya çəkilişdən sonra da fokusu seçmək xüsusiyyətinə malikdir.
Bu kamera vasitəsilə əldə olunmuş təsvir yüksək keyfiyyətli Canon 5D fotoaparatı ilə qeydə alınmış təsvirlə müqayisə oluna bilər.
2016-cı ilin yayında satışa çıxarılacaq L16-nın dəyəri hazırda 1299 ABŞ dolları təşkil edir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri