Previous Next
Bağla

Güzəşt, yoxsa faizə oturtmaq? - Ekspert rəyi

24-09-2020 17:05
Güzəşt, yoxsa faizə oturtmaq? - Ekspert rəyi
"Son zamanlar aqrar sektora, intensiv və ağıllı bağ məsələlərinə, aqrar sektorda rəqəmsallaşmaya, bununla bağlı tənzimləmələrə müəyyən zaman ayırıram.
 
Çünki özüm də imkan tapdıqca bununla məşğul oluram. Son zamanlar dövlət tərəfindən aqrar sektora yetərincə dəstək, böyük həcmdə subsidiyalar və güzəştlər tətbiq olunur.
 
Amma diqqət yetirdikdə görmək olar ki, aqrar sektorda hədsiz qarmaqarışıq mexanizmlər, düzgün olmayan yanaşmalar və absurd güzəşt mexanizmləri var.
 
Əvvəlki statuslarımda düzgün olmayan subsidiya mexanizmi nəticəsində fermerlərə güzəştlə 8 manata verilən gübrənin qiymətinin qara bazarda 20 manat olması və dövlətdə isə onun açıq satışının 26 manat 67 qəpik olduğunu qeyd etmişdim.
 
Yəni, gübrəyə ehtiyacı olanlar, lakin absurd tənzimələmə ucbatından güzəştə düşməyənlər məcburdu ki, başqasına güzəştlə verilən gübrəni baha qiymətə bazardan alsın. Güzəştsiz gübrənin dövlət qiyməti Agrolizində baha müəyyən olunduğundan qara bazarın inkişafı üçün münbit şərait yaranıb. Daha bir məntiqsizlik isə güzəştli, aqrar kreditlə bağlıdır.
 
Təsəvvür edin ki, dövlət 7%-lə fermerlərə aqrar kredit verir. Bu, çox faydalı bir addımdır. Amma kredit fermerin əlinə çatan andan müvəkkil banklar hər ay geri ödəniş tələb edir. Təkrar edirəm, kredit alan andan, ondan istifadə etmədən, geriyə aylıq ödəniş başlanır.
 
Adı da qoyulur "aylıq faiz ödənişi". Çünki Kənd Təsərrüfatı Nazirliyi güzəştli aqrar kreditin qaydalarını belə müəyyən edib. Anlaşılmaz olan odur ki, krediti alan fermer nə etməlidir ki, bir ayda nə əkib nə yetişdirib-istehsal edib satmalıdır ki, dərhal, hər ay krediti qaytara bilsin.
 
Tutaq ki, siz intensiv bağ salmaq istəyirsiz. Bağ ən azı 3 ilə bar verəcək. Amma siz bu məqsədlə aldığınız 3 illik güzəştli krediti, dərhal, elə birinici ilin birinci ayından ödəməyə başlayacaqsız. Absurd bir mexanizmdir.
 
Beynəlxalq təcrübəyə nəzər salanda görmək olar ki, orada güzəştli kredit həm faizə və həm də zamana tətbiq olunur. Bizim aqrar sektorda tənzimləməni hazırlayanlar nədənsə güzəştin zamana tətbiq edilməsini unudublar".
 
Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Subsidiya mexanizmi nə dərəcədə əlçatan və təkmildir?

04-09-2020

Aqrar sığorta haqqının “AsanPay” vasitəsilə ödənişinə başlanıldı

29-05-2025

52 Dövlət Aqrar İnkişaf Mərkəzi elektronlaşdırılacaq

01-02-2019

Subsidiyaların verilməsi artıq elektron qaydada olacaq

19-09-2019

Azərbaycan AgroX innovasiya proqramına start verir

15-05-2019

Bu il KOB-lar aqrar sektora 190 milyon manat investisiya qoyub

24-11-2022

Azərbaycanda aqrar sahədə dronların tətbiqi genişləndirilsin-TƏKLİF

24-01-2023

Naxçıvanda aqrar innovasiya festivalı keçiriləcək

15-05-2023

Subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı layihəsi vasitəsilə həyata keçiriləcək

27-04-2019

Nazir: Aqrar Süni İntellekt qərarverməni daha dəqiq edəcək

11-03-2026

Aqrar İnnovasiya Mərkəzinə təyinat olub

27-05-2023

Massalıda elektron kənd təsərrüfatı sisteminin tətbiqinə start verilib

25-05-2019

Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirlikləri informasiya sistemlərini bir-birinə inteqrasiya edəcək

05-03-2026

Şəkidə Aqrar İnnovasiya Festivalı keçiriləcək

04-08-2023

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib

14-02-2019

“Aqro Data” layihəsinin bağlanış mərasimi keçirilib

20-04-2022

37,500 fermer elektron qeydiyyatdan keçib

19-04-2019

agroX-in yekun təqdimat mərasimi baş tutacaq

07-10-2019

Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

04-11-2024

Elektron qeydiyyatdan keçmiş fermerlərin sayı 200 mini ötüb

14-05-2019

Tələbə kreditinə müraciətlərin qəbuluna başlanılır

15-07-2022

Bakıda III Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək

28-04-2026

Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum işə başlayıb

10-12-2018

Nazirliyin 4 qurumu əsasında bir Agentlik yaradıldı

14-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə