Rusiyanın Ростех dövlət korporasiyası “ИННОПРОМ-2017” beynəlxalq sənaye sərgisində yeni qısadalğalı infraqırmızı diapazonlu kameranı təqdim edib.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Rusiyanın Швабе şirkətinin məhsulu olan qurğunun əsas xüsusiyyəti onun müxtəlif şəraitdə işləyə bilməsidir. Kameradan hətta tüstü, toz, duman və qaranlıq olduqda belə istifadə etmək mümkündür.
Qurğu həm də istilik qığılcımlarını aşkar etməyə malikdir.
Hər şeyi görən kamera bir çox mülki sahələrdə də istifadə edilə bilər. Potensial tətbiq sahələrinə ərzaq keyfiyyətinin müəyyənləşdirilməsi, günəş batareyaların diaqnostikası, kənd təsərrüfatı sahalərinin monitorinqi, o cümlədən neft-qaz sistemləri və tulantılara nəzarət aiddir.
Kamera tibbi cihazlarda, dəniz və çay gəmilərinin naviqasiyası və heyvanlar aləminin müşahidəsi üçün də istifadə edilə bilər.
Layihəni təhlükəsizlik sahəsinə də cəlb etmək mümkündür. Qısadalğalı infraqırmızı diapazonlu kamera qeyri-şəffaf bağlama və çantaların içində nə olduğunu müəyyən etmək bacarığına malikdir.
Qurğu, həmçinin təbii saç rəngi, bığ, saqqal və s. saxta olduğunu müəyyənləşdirmək kimi qeyri-adi məsələləri həll etməyi bacarır. Bu da xüsusi xidmət orqanlarına cinayətkar və terrorçuları müəyyənləşdirməyə kömək edir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri