Hərbçilər üçün döyüş smartfonu hazırlanıb

28-12-2017 / 11:53

İsrail Dövlət Logistika və Texnologiyalar İdarəsi hərbçilər üçün yeni döyüş smartfonları hazırlayıb.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, “Shaked Fighting” adlı devays döyüş zamanı əsgərlərin hərəkət koordinasiyasının yaxşılaşdırılması üçün nəzərdə tutulub.

Qurğu Android əməliyyat sisteminin idarəsi altında işləyir. Hər bir hərbçiyə belə cihaz veriləcək, bölmə komandirləri isə əlavə zərbəyədavamlı telefon və rabitə avadanlıqları, həmçinin portativ enerjidoldurma qurğusu olan çantalarla təchiz ediləcəklər.

Polkovnik-leytenant Oren Maslyaç bildirib ki, “Shaked Fighting” bir sıra xüsusi proqramlara malikdir. Devays çox yüngüldür və ondan istifadə olduqca sadədir. Əsgərlər kompas, xəritə, kamera və döyüş sistemi radiusunda məlumatların mübadiləsi imkanı əldə edəcəklər.

Həmçinin “Shaked Fighting” hədəfi və onun yad və ya tanış olduğunu müəyyən edə bilir. Qurğu sınaqdan keçirilib və ordudan müsbət rəylər alıb. Onun kütləvi istehsalına 2019-cu ildə başlanılacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə