Hyundai Santa Fe-nin şəkilləri yayımlanıb

31-03-2012 / 00:54
Koreyanın Hyundai Motor şirkətinin üçüncü nəsil Santa Fe modeli Nyu York şəhərində keçiriləcək Avtomobil Sərgisində təqdim olunacaq.
 
Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu yaxınlarda internetdə maşın haqqında yeni şəkillər yayımlanıb. İnformasiya daxili bazar üçün nəzərdə tutulan Hyundai büroşurlarından sızıb. Sızan məlumatlar səhifəsinin birində avtomobilin ön və arxa faraların, təkərlərin görüntüsü, həmçinin bəzi texniki informasiyalar yer alıb. İnternetdə büroşur səhifəsinin nüsxəsi yerləşdiriləndən bir neçə saat sonra şirkət rəsmi fotoları yayımlayıb.
 
Markanın yeni dizayner dili Sorm Edge adını alıb. 
 
Şirkət futuristik və urbanistik xarici görüntüsü ilə bu üslubu daha kəskin və dəqiq aksentləri ilə əvvəlki - Axıcı Gövdə (Fluidic Sculpture) firma dizaynının təkmilləşmiş forması kimi təsvir edir  
 
Maşının içərisindəı də bir sıra dəyişikliklər olacaq. Məsələn, üçüncü oturacaq sırası peyda olacaq. Passiv və aktiv təhlükəsizlik sisteminin siyahısı sürücünün dizləri üçün nəzərdə tutulan təhlükəsizlik yastığı ilə tamamlanacaq. 
 
Motorun qammasında əsaslı olmasa da bəzi dəyişikliklər olacaq. Əvvəlki dörd altısilindirli motorun bir qədər müasirləşdirilən yeni nəslə keçəcəyi gözlənilir. 
Üçüncü nəsil Santa Fe əvvəlki nəsil modellərinə nisbətən daha aqressiv, amma eyni zamanda daha klassik görünüşə sahibdir. 
 
Yeni model payızda 2013-cü il modeli kimi nümayiş olunacaq. 
 
 
Xeberler.az

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə