Previous Next
Bağla

II Beynəlxalq “Caspian Innovation Forum”u keçirilib

04-12-2025 21:24
II Beynəlxalq “Caspian Innovation Forum”u keçirilib

Bakıda beşinci “Caspian Investment Week” çərçivəsində “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) təşkilatçılığı, AKTA İdarə Heyətinin üzvü olan “Caspel” şirkətinin baş tərəfdaşlığı ilə 2-ci Beynəlxalq “Caspian Innovation Forum 2025” təşkil edilib. Forum müxtəlif sektorları təmsil edən geniş iştirakçı auditoriyasını bir araya gətirən, həm aktual mövzuları, həm də sektorlararası əməkdaşlığı özündə birləşdirən çoxprofilli proqramı ilə diqqət çəkib. II Forumda kibertəhlükəsizlik və süni intellekt mövzularına xüsusi diqqət ayrılıb. 

Xeberler.az bildirir ki, forumda açılış nitqi ilə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov qurumun fəaliyyəti barədə qısa məlumat verərək kibertəhdidlərin artan dinamikasını və kibertəhlükəsizliyin dünya iqtisadiyyatına vurduğu ciddi zərərləri qeyd edib. O, Azərbaycan dövlət informasiya sistemlərinin beynəlxalq tələblərə uyğun şəkildə qurulduğunu bildirib.  

“Caspel” şirkətinin İdarə Heyətinin sədri Ceyhun Quliyev açılış nitqində forumun məqsəd və missiyasının aktuallığını yüksək qiymətləndirərək, qlobal innovativ ekosistem və onun gələcək inkişaf imkanları barədə fikirlərini bölüşüb. Forumda iki panel çərçivəsində müzakirələr aparılıb.  

AKTA-nın icraçı direktoru Rauf Cabarov Forumun “Kibertəhlükəsizlik, dayanıqlı inkişaf və innovativ sənaye texnologiyaları” adlı panelində çıxış edib. “Caspel” şirkətinin baş direktoru Natiq Paşayevin moderatorluğu ilə keçirilən panel çərçivəsində təhlükəsizlik yanaşmaları, kritik informasiya infrastrukturunun qorunması və sənayedə rəqəmsal dayanıqlığın artırılması üzrə aktual mövzular nəzərdən keçirilib. Rauf Cabarov regionda süni intellekt üzrə olan meyllərdən söz açaraq, ölkəmizin strateji təhlükəsizliyi və texnoloji tərəqqisi baxımından süni intellekt mərkəzlərinin inkişafının əhəmiyyətini xüsusi vurğulayıb. Paneldə AKTA üzvü olan STDC-nin (Sumqayıt Texnologiyalar Data Mərkəzi) direktoru Elvin Aslanov spiker qismində iştirak edib və  data mərkəzlərin ümumi texnoloji inkişafda rolu barədə maraqlı məlumatlar verib.  Paneldə həmçinin, kibertəhlükəsizlik strategiyalarının yenilənməsi, təhlükəsizlik ekosisteminin qlobal tendensiyalara uyğunlaşdırılması və sənaye sahəsində yeni texnologiyaların tətbiqi barədə fikir mübadiləsi aparılıb. 

Forumun “Rəqəmsal iqtisadiyyat və süni intellekt erası” mövzusunda keçirilən digər paneldə müasir rəqəmsal transformasiya meyilləri, süni intellekt tətbiqlərinin iqtisadi sektorlara təsiri, böyük həcmli verilənlərin idarə edilməsi və rəqəmsal təhsil imkanlarının genişləndirilməsi kimi məsələlərə toxunulub. Burada AKTA üzvü olan “AzInTelecom” MMC-nin baş kommersiya direktoru Fərrux Fərəcullayev çıxış edib. 

Müzakirələrin sonunda hər iki panelin spikerlərinə 2-ci Beynəlxalq “Caspian Innovation Forum 2025”in uğurlu təşkilinə verdikləri dəstəyə görə təşəkkürnamə sertifikatları təqdim edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AKTA-nın tərəfdaşlığı ilə “Cyber Day” tədbiri keçirilib

26-11-2025

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026

“Youth Cyber Forum” keçirilib

25-02-2026

XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

25-04-2025

AKTA-ya icraçı direktor təyin edilib

22-04-2025

Azərbaycanda “Youth Cybersecurity Forum 2025 ” adlı tədbir keçirilib

23-04-2025

“Kiber Təhsil Konfransı” keçirilib

27-08-2025

AKTA il ərzində 8 mindədək mütəxəssisi bir araya gətirib

18-12-2025

Dövlət Xidməti kiberdiplomatiya sammitində iştirak edib

13-03-2026

Saatlıda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə başlanılıb

17-09-2025

Kibertəhlükəsizlik ekosisteminin cari vəziyyəti müzakirə edilib

01-06-2024

“İnformasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda beynəlxalq forum keçirilib

29-06-2021

Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

14-05-2025

ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

01-12-2025

“Kibercinayətkarlar üçün yeni oyun meydançası” panel sessiyası keçirilib

10-10-2025

AKTA-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

18-12-2025

AKTA və "Femmes Digitales" arasında Memorandum imzalanıb

11-10-2025

Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

14-05-2026

Azərbaycan TDT ölkələri ilə kibertəhlükəsizliyin gücləndirilməsinə dair müzakirələrdə iştirak edib

13-09-2024

“Kibertəhlükəsizlikdə İdarəetmə, Risk və Uyğunluq” tədbiri keçirilib

17-10-2025

İnformatika müəllimlərinə kibertəhlükəsizlik üzrə təlim keçirilib

22-05-2026

AKTA üzvü olan şirkətlər ilə görüş keçirilib

30-09-2025

Azərbaycan kibertəhlükəsizliyə dair beynəlxalq tədbirdə təmsil olunub

29-01-2026

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə