“İKT sahəsində beynəlxalq təcrübəni öyrənirik”

10-08-2015 / 12:37

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu İKT sahəsində beynəlxalq təcrübəni öyrənmək məqsədilə müxtəlif ölkələrin və nüfuzlu təşkilatların nümayəndə heyətləri ilə görüşlər keçirir.

Xeberler.az bildirir ki,  bu barədə  İTİDF-nin rəhbəri Elçin Zeynalov məlumat verib. 

Onun  sözlərinə görə, Fondun əməkdaşları beynəlxalq tədbirlərdə fəal iştirak edir. Türkiyə, Böyük Britaniya, Finlandiya, Macarıstana və Almaniyaya səfərlər təşkil olunub, orada fəaliyyət göstərən analoji fondlar və təşkilatların təcrübəsi öyrənilir.

Elçin Zeynalov məlumat verib ki, Fondun təşəbbüsü ilə Böyük Britaniyanın MTI şirkəti tərəfindən təsis olunmuş TransTech Capital  (TTC) ölkənin aparıcı təhsil və elmi tədqiqat mərkəzlərində görüşlər keçirirlər:

“İTİDF bu qurumla Azərbaycanda fəaliyyət göstərən ali məktəblər və elmi tədqiqat institutları ilə İKT sahəsində vençur maliyyələşdirilməsini və texnologiyaların transferini həyata keçirən qabaqcıl şirkətlərlə əməkdaşlıq qurmaqda vasitəçilik edir. TTC Azərbaycanda elm əsaslı potensialın qiymətləndirilməsini və potensialı yüksək olan qurumlarda Texnoloji Transfer mərkəzlərinin yaradılmasını, innovativ layihələrin maliyyələşdirilməsini təklif edir”.

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə