Previous Next
Bağla

İKTA modem və routerlərdən istifadə ilə bağlı müraciət edib

24-02-2025 16:37
İKTA modem və routerlərdən istifadə ilə bağlı müraciət edib

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) sabit genişzolaqlı internet xidmətlərindən istifadə edən vətəndaşları istifadə etdikləri “Wi-Fi” cihazlarını seçərkən diqqətli olmağa çağırıb.

İKTA bildirir ki, GPON (Gigabit Passive Optical Network) texnologiyası ilə yüksəksürətli internetdən tam yararlanmaq üçün düzgün “Wi-Fi” modem və ya marşrutlayıcının (Router) seçimi vacibdir. Bir çox istifadəçi internetin zəif işlədiyini düşünür, lakin problem internet xidmətində deyil, istifadə olunan köhnə və ya uyğun olmayan “Wi-Fi” avadanlığında ola bilər.

İstifadəçilərə internetin keyfiyyətini və dayanıqlılığını təmin etmək məqsədilə ən son texnoloji tələblərə cavab verən 5-ci və 6-cı nəsil (“Wi-Fi 5” və “Wi-Fi 6”) modem və marşrutlayıcılardan (Router) istifadə etmələri tövsiyə olunur. Belə ki, əgər abunəçinin GPON internet tarifi üzrə sürəti 100 Mbps ətrafındadırsa, ən azı “Wi-Fi 5” modemi istifadə etməsini, eləcə də daha yüksək performans, daha az gecikmə və eyni anda daha çox cihaz dəstəyi üçün isə “Wi-Fi 6” seçim etməsi məqsədəuyğundur.

Həmçinin avadanlıq seçimi edərkən onun hansı məkanda istifadə edilməsinə diqqət yetirilməli, eyni zamanda internetin istifadə məqsədləri də nəzərə alınmalıdır. Belə ki, yüksəkkeyfiyyətli videolara baxmaq, onlayn videooyunlar, sosial şəbəkələrdəki və internet üzərində olan canlı yayımlar, konfranslar üçün bəzi hallarda artıq “Wi-Fi 4” cihazları kifayət etmir.

Əgər daha yüksək sürət, gecikmənin az olması, həmçinin böyükölçülü SMART TV, onlayn oyunlar, HD, 4K və daha keyfiyyətli canlı izləmələr istifadə olunan hallar, həmçinin eyni anda daha çox cihazın qoşulmasını təmin etmək üçün “Wi-Fi 5” və ya “Wi-Fi 6” cihazlarının istifadəsi tövsiyə olunur. Eləcə də “dual-band Wi-Fi” tipli son istifadəçi cihazlara üstünlük verilməsi daha faydalı ola bilər. Aşağıdakı sadə təlimat sizə doğru “Wi-Fi” modemini seçməkdə və “Wi-Fi 5” və “Wi-Fi 6” arasındakı fərqləri anlamaqda kömək edəcək.

İstifadəçilərə “Wi-Fi” modem seçərkən və ya provayderlər tərəfindən təklif olunduğu
halda yüksəksürətli interneti tam ötürə bilməyən artıq qocalmış texnologiya sayılan yalnız “Wi-Fi 4”-ü dəstəkləyən modemləri almamaq, satıcıdan və provayderdən
uyğunluq sertifikatı və ya ən azı mənşə sertifikatı olmayan keyfiyyətsiz və tanınmamış markaları seçməmək, eləcə də “Single-band router”ləri seçməkdən çəkinmələri tövsiyə edilir. Bu cür hallarla rastlaşdıqda isə İKTA-nın “E-Şikayət” platforması üzərindən müraciət etməyiniz xahiş olunur.

Müştəri məmnuniyyətini, xidmətin keyfiyyətini və ölkənin beynəlxalq reytinqlərdə
mövqeyinin möhkəmləndirilməsinə müsbət təsirini nəzərə alaraq, Agentlik tərəfindən Azərbaycan ərazisində fəaliyyət göstərən və müştərilərini modem və marşrutlayıcılarla təchiz edən internet operator və provayderlərinə öz abunəçilərinə yeni nəsil “Wi-Fi” cihazlarını (“Wi-Fi 5” və ya “Wi-Fi 6”) təqdim etmələri tövsiyə olunur.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahəsində tənzimləməni və nəzarəti (keyfiyyətə nəzarət daxil olmaqla), eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA uyğunluq sertifikatı olmayan avadanlıqlarla bağlı vətəndaşlara xəbərdarlıq edir

09-02-2024

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

İKTA-da “Nokia” və “Huawei” nümayəndələri ilə görüş keçirilib

14-05-2024

İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

27-11-2024

İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

20-02-2025

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İKTA: Azərbaycanda internetin sürəti zəif deyil

10-03-2025

Telekommunikasiyanın fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir

18-03-2026

İKTA vətəndaşları “Wi-Fi” cihazlarını seçərkən diqqətli olmağa çağırır

18-07-2025

Uçota alınan internet provayderlərin sayı artdı

23-02-2024

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

İKTA provayderlərin fevral üzrə internet sürət göstəricilərini dərc edib

17-03-2026

Azercell yeni Wi-Fi cihazını təqdim edir

10-09-2024

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

01-05-2024

İKTA beynəlxalq onlayn sifarişlər edən vətəndaşlara müraciət edib

19-03-2026

Qanunsuz poçt xidmətləri ilə bağlı xəbərdarlıq edilib

16-01-2024

Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 faiz artıb

05-09-2023

İKTA “Speedtest” serverlərinin qiymətləndirilməsini davam etdirir

01-05-2025

İnternet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili aparılıb

02-02-2024

Provayderlərə xəbərdarlıq edildi

28-02-2024

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

Radio avadanlıqların quraşdırılması üçün rəylərin verilməsinə dair geniş müzakirə aparılıb

14-02-2024

İKTA rəsmiləri “EaPeReg”in Ekspert işçi qrupunun Lissabonda keçirilən iclasında iştirak ediblər

13-05-2024

İKTA internet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini yeniləyib

27-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə