Previous Next
Bağla

İKTA yeni elektron hesabatlılıq sistemini işə salıb

25-06-2025 13:58
İKTA yeni elektron hesabatlılıq sistemini işə salıb

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “Radioelektron vasitələrə verilən icazələr” elektron xidmətinin yeni modulunu işə salıb. Bu modul mülki dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən kosmik-peyk rabitə vasitələrinin, radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin istifadəsi ilə bağlı hesabatların elektron şəkildə qəbuluna başlanması ilə əlaqədar hazırlanıb.

Xeberler.az bildirir ki, yeni sistem çərçivəsində xüsusi icazə sahibləri mülki dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən kosmik-peyk rabitə vasitələri, radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğular və Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülər barədə il ərzində iki dəfə hesabat təqdim edəcəklər.

Hesabatların təqdim edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in “Qeydlər”inin 1-ci hissəsi ilə tənzimlənir.

Yeni modulun tətbiqi ilə hesabatların https://e-permission.icta.az/reports linki vasitəsilə elektron qaydada toplanmasına başlanılıb. Hazırkı dövr üzrə hesabatın əldə edilməsi üçün xüsusi icazə sahiblərinə məktublar göndərilib və hesabatların toplanması prosesi davam etdirilir.

Hesabatların toplanması mövcud vəziyyətin obyektiv qiymətləndirilməsinə, problemlərin vaxtında aşkara çıxarılmasına və bununla da dövlətin müvafiq sahədə nəzarət və tənzimləmə funksiyalarını daha məqsədyönlü və səmərəli həyata keçirməsinə imkan yaradacaq. İKTA-nın yeni elektron hesabatlılıq sistemi ölkənin telekommunikasiya xidmətləri sahəsində şəffaflığın artacağına kömək edəcək. Bu yenilik xüsusi icazə sahibləri üçün vaxtın qənaətinə, resursların optimallaşdırılmasına və proseslərin sadələşdirilməsinə böyük töhfə verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA: 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib

26-01-2026

Bu ilin 11 ayında 116 min avadanlığın idxalına icazə verilib

09-12-2025

Radiotezlik resurslarından istifadə edilməsi mövcud qanunvericilik çərçivəsində tənzimlənir

05-06-2024

Telekommunikasiya vasitələrinin qanunsuz dövriyyəsinə görə yeni cərimələr məlum olub

04-02-2023

İKTA radioelektron vasitələrə icazələrin verilməsini asanlaşdırır

13-03-2024

Bu qurğulardan qanunsuz istifadə ilə bağlı cərimələr təsdiqləndi

27-12-2022

Azərbaycanda radiotezliklərin ayrılması haqqında qərarın ləğv ediləcəyi yeni hallar müəyyənləşib

04-02-2023

İKTA: 4 ayda radio avadanlıqları ilə bağlı 350 müraciət daxil olub

05-05-2026

Bütün e-xidmətlər nazirliyin saytında yerləşdirilib

16-01-2015

“Radioelektron vasitələrə verilən icazələr” sisteminin təqdimatı keçirilib

11-07-2025

Telefonların IMEI nömrəsinin dəyişdirilməsi ilə bağlı qadağalar təsdiqləndi

27-12-2022

Ötən il İKTA tərəfindən 41 minə yaxın avadanlığa icazə sənədi verilib

17-01-2025

Bu ilin I rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilib

02-05-2025

Bu ilin aprel-sentyabr aylarında 30 minə yaxın avadanlığa icazə sənədinin verilməsi təmin edilib

17-10-2024

Verilən xüsusi icazələrin sayı açıqlanıb

20-06-2024

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

Azərbaycanın internet provayderləri İKTA-ya Dünya Bankının tələblərinə uyğun hesabat verəcək

30-08-2023

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

İKTA uyğunluq sertifikatı olmayan avadanlıqlarla bağlı vətəndaşlara xəbərdarlıq edir

09-02-2024

İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

17-02-2026

Energetika Nazirliyi ASAN Xidmət mərkəzi vasitəsilə 242 icazə verib

26-12-2018

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025

İKTA və “Temu” nümayəndələri arasında görüş keçirilib

25-02-2025

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə