Previous Next
Bağla

İKTA: Bəzi operator və provayderlərin elektron informasiya sistemləri yoxdur

04-05-2026 17:32
İKTA: Bəzi operator və provayderlərin elektron informasiya sistemləri yoxdur

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet və telekommunikasiya xidmətləri göstərən operator və provayderlərin abunəçilərlə operativ əks-əlaqə imkanları, şəxsi kabinet və informasiya sistemlərinin mövcudluğu ilə bağlı geniş təhlillər aparıb.

Xeberler.az məlumat verir ki, aparılan araşdırmalar nəticəsində bəzi operator və provayderlərin elektron informasiya sistemlərinin mövcud olmadığı, mövcud olanlarda isə şəxsi kabinet funksiyalarının ya ümumiyyətlə təqdim edilmədiyi, ya da tam funksional işləmədiyi müəyyən olunub.

İKTA bildirib ki, operator və provayderlərin məlumatlandırma, operativ cavablandırma, xidmət keyfiyyətinin təmin edilməsi və istehlakçı hüquqlarının qorunması baxımından belə mexanizmlər mühüm əhəmiyyət daşıyır. Qanunvericiliyə əsasən, abunəçilərin xidmətlər barədə dolğun məlumat almaq, müraciətlərini rahat şəkildə təqdim etmək və müəyyən edilmiş müddətdə cavab əldə etmək hüquqları mövcuddur.

Qeyd olunub ki, müasir telekommunikasiya xidmətləri yalnız internet bağlantısının təqdim olunması ilə məhdudlaşmamalı, eyni zamanda istifadəçilərlə şəffaf, operativ və izlənilə bilən kommunikasiya imkanlarını da əhatə etməlidir.

Bu məqsədlə İKTA tərəfindən operator və provayderlərə rəsmi internet resurslarının, şəxsi kabinetlərin və elektron müraciət sistemlərinin tam şəkildə təmin edilməsi tövsiyə olunub. Agentlik bu istiqamətdə tədbirlərin davam etdirildiyini bildirib.

Məlumata görə, növbəti mərhələdə istifadəçilərə şəffaf və operativ əlaqə mexanizmləri təqdim etməyən operator və provayderlərlə bağlı ictimaiyyətin daha geniş məlumatlandırılması və qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.

Eyni zamanda, agentlik internet xidmətlərində problem yarandıqda istifadəçilərə ilk növbədə xidmət təchizatçılarının rəsmi əlaqə vasitələrinə müraciət etməyi, zərurət olduqda isə “mygov” platforması üzərindən təqdim olunan “E-Şikayət” xidmətindən istifadə etməyi tövsiyə edir.

 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Telekommunikasiyanın fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir

18-03-2026

İKTA: İnternet provayderlərin rəsmi saytları olmalıdır

02-04-2026

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

13-01-2026

İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

20-02-2025

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023

İnternet istifadəçilərilə bağlanan müqavilə şərtlərinə yenidən baxılır

16-02-2024

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

İKTA internet operator və provayderlərinin veb-saytlarını təhlil edib

21-06-2025

“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

08-10-2025

İKTA operator və provayderlərin fəaliyyətinin uyğunluğunu nəzərdən keçirib

04-03-2026

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

İKTA “Speedtest” serverlərinin qiymətləndirilməsini davam etdirir

01-05-2025

Azərbaycanda 129 operator və internet provayderin uçota alınması təmin edilib

21-07-2023

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

01-05-2024

İKTA poçt xidmətləri üzrə şikayət hesabatını dərc edib

13-05-2026

İKTA-da internetdən təhlükəsiz istifadə məsələləri müzakirə edilib

18-09-2025

Operator və internet-provayderlərin coğrafi əhatə dairəsini əks etdirən rəqəmsal xəritələr tərtib olunacaq

21-07-2023

Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 faiz artıb

05-09-2023

Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək

12-07-2023

Azərbaycanda internet provayderlərinin uçotuna başlanılıb

28-03-2023

Provayderlərin vahid platformadan seçilməsi mümkün olacaq

09-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə