Previous Next
Bağla

İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb

26-01-2026 12:38
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb

Qadınların təhlükəsizliyi, hüquqlarının qorunması və sosial rifahının gücləndirilməsi istiqamətində Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti”nə olan müraciətlərin sayı son bir il ərzində əhəmiyyətli dərəcədə artıb. 2024-cü ildə xidmətə 1623 müraciət daxil olduğu halda, 2025-ci ildə bu göstərici 4000-ə yaxın olub. Təxminən 2,5 dəfəlik artım qadınların mövcud dəstək vasitələrinə etimadının gücləndiyini əks etdirir.

Statistikaya əsasən, müraciətlərin əksəriyyəti psixoloji dəstək, zorakılıq halları və hüquqi yardımla bağlı olub. Belə ki, il ərzində qeydə alınan müraciətlərin 1105-i psixoloji dəstəyə, 655-i zorakılıq halları üzrə daxil olub. Zorakılıqla bağlı müraciətlərin əsas hissəsini məişət zorakılığı təşkil etsə də, kiberzorakılıqla bağlı 101 müraciət qeydə alınıb ki, bu da həmin istiqamət üzrə artımı əks etdirir. Eyni zamanda 583 müraciət hüquqi yardıma, 336 boşanma prosesində yaranan çətinliklərə, 267 sosial və maddi rifah məsələlərinə, 257 sığınacaqla təmin olunma, 207 isə təhsil mövzularına aid olub.

Bununla yanaşı, insan alveri ilə bağlı 77 müraciət qeydə alınıb. Bu müraciətlər əsasən evdən qaçma, diləndirilmə, erkən nikah və əməyin istismarı halları ilə bağlı olub. Səhiyyə hüquqları ilə əlaqədar isə 47 müraciət daxil olub. Müraciətlərin təhlili göstərir ki, qadınlar fiziki, psixoloji, cinsi zorakılıq və etinasızlıq kimi müxtəlif zorakılıq növləri ilə üzləşirlər. Bir sıra hallarda müraciətçilər yalnız bir zorakılıq növü ilə qarşılaşsa da, əksər müraciətlərdə bir neçə zorakılıq formasının paralel şəkildə müşahidə olunduğu müəyyən edilib. Bu kontekstdə intiharla bağlı 32 müraciətin qeydə alınması qadınların kompleks və çoxşaxəli dəstəyə ehtiyac duyduğunu açıq şəkildə göstərir.

Bunları nəzərə alaraq 2025-ci il ərzində qadınlara dəstək mexanizmlərinin gücləndirilməsi istiqamətində genişmiqyaslı “Oflayn qadınlar” sosial layihəsi də həyata keçirilib. Azercell 25 Noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü və BMT-nin “Narıncı Gün” təşəbbüsü çərçivəsində “Ümidli Gələcək” İctimai Birliyi ilə əməkdaşlıqda bu təşəbbüsü təqdim edib.

Layihənin əsas məqsədi qadınlara qarşı zorakılıq probleminə ictimai diqqəti artırmaq, eyni zamanda çətin həyat şəraitində yaşayan və mövcud dəstək resursları barədə kifayət qədər məlumatı olmayan qadınlar üçün əlçatan və təhlükəsiz müraciət imkanları yaratmaqdır. Bu çərçivədə istifadəyə verilən oflaynqadinlar.az platforması zorakılıq, psixoloji, iqtisadi və digər hallar zamanı Azərbaycan qanunvericiliyinə uyğun atılmalı addımlar barədə sistemli və etibarlı məlumat təqdim edir. Platforma qadınlara öz hüquqları haqqında məlumat almaq, videomateriallar vasitəsilə ilkin psixoloji və sosial dəstək imkanları ilə tanış olmaq, psixoloji testlərdən keçmək və onlara yardım göstərə biləcək müvafiq qurumlar barədə dolğun informasiya əldə etmək imkanı yaradır.

2025-ci il ərzində həyata keçirilən təşəbbüslər çərçivəsində “Qadınlara Dəstək Xətti” broşürü Meksikanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə ispan dilinə tərcümə olunaraq təqdim edilib.

Qeyd edək ki, Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” 2022–2025-ci illər ərzində ümumilikdə 12 000-çox müraciət qəbul edib.

“Qadın Dəstək Xətti” Azercell və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir. Qadınların sosial dəstək ekosisteminin genişləndirilməsi Azercell-in korporativ sosial məsuliyyət strategiyasının əsas prioritetlərindən biri olaraq qalır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell “Oflayn qadınlar” sosial layihəsini təqdim edir

25-11-2025

“Qadın Dəstək Xətti” son 3 ay ərzində 1094 müraciət qeydə alıb

20-10-2025

“Qadın Dəstək Xətti” 2025-ci ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib

21-07-2025

“Qadın Dəstək Xətti”nə ilk yarım ildə 412 müraciət daxil olub

11-07-2024

“Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayıb

16-02-2025

Son altı ayda “Qadın Dəstək Xətti”nə 600-ə yaxın müraciət daxil olub

16-12-2024

Azercell-in əsas tərəfdaşlığı ilə Qadın Dəstək Xətt xidməti yaradılıb

22-08-2022

“Azercell”in təşəbbüsü ilə yaradılan qaynar xəttin 6 aylıq nəticələri açıqlanıb

25-01-2023

“Qadın Dəstək Xətti”nə bu ilin ilk rübündə 500-dən çox müraciət daxil olub

12-05-2025

“Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub

18-02-2026

Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb

03-03-2026

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025

“Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

09-12-2022

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin I rübündə 940 müraciət daxil olub

14-05-2025

Azercell-in Qaynar Xətti ötən il 5 mindən çox uşağa dəstək olub

13-01-2023

“Qadın Dəstək Xətti”nin ispan dilli təlimatının təqdimatı keçirilib

27-11-2025

“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında

02-05-2024

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023

Azercell “Gələcəyi öz əllərinlə yarat” layihəsinə start verdi

15-03-2024

“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib

26-01-2022

“Uşaq Qaynar Xətt” xidmətinə 2020-ci il ərzində 6657 müraciət daxil olub

03-02-2021

Bakı və bölgələrdə maarifləndirmə tədbirləri davam edir

23-11-2018

"Rəqəmsal dünyanı qadinlar üçün təhlükəsiz mühitə çevirək!" kampaniyasına start verilir

25-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə