Previous Next
Bağla

İnformasiya təhlükəsizliyi üzrə II Respublika konfransı keçirilir

14-05-2015 13:10
İnformasiya təhlükəsizliyi üzrə  II Respublika konfransı keçirilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş “İnformasiya təhlükəsizliyinin multidisiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı” keçirilir.

Xeberler.az-ın məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları (İT) sahəsi üzrə tədqiqatçıları və mütəxəssisləri, KİV nümayəndələri iştirak edirlər.

Konfrans Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş sərgi ilə öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunan konfransı Azərbaycan elmi ictimaiyyəti üçün mühüm hadisə kimi qiymətləndirib. Müasir dövrün qlobal informasiya cəmiyyətinin ən aktual elmi problemlərindən biri olan və multidisiplinar xarakter daşıyan informasiya təhlükəsizliyinin müzakirəsi üçün İT sahəsi üzrə aparıcı alim və mütəxəssislərin bir araya toplaşması baxımından konfransın böyük əhəmiyyətə malik olduğunu və bu tədbirin ənənəvi hal almasının zəruriliyini vurğulayıb.

1865-ci ilin may ayının 17-də əsası qoyulmuş Beynəlxalq Telekommunikasiya İttifaqının öz fəaliyyəti ilə dünyada bəşəriyyətin ən çox ehtiyac duyduğu sahələrdən biri olan kommunikasiya mühitinin formalaşması və inkişafına xidmət etdiyini, 2006-cı ildə BMT tərəfindən bu təşkilatın yaranma tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi təsis edildiyini diqqətə çatdırdı.

Akademik Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusunun "Telekommunikasiya və İKT: innovasiyaların hərəkətverici qüvvələri" olduğunu  bildirib. Mövzunun aktuallığını önə çəkərək İKT sektorunun inkişafının və informasiya cəmiyyətinin bərqərar olmasının məhz səmərəli innovativ fəaliyyətdən asılı olduğunu, eyni zamanda İKT-nin imkanlarından istifadə etmədən innovativ inkişafa nail olmağın qeyri-mümkünlüyünü vurğulayıb.

Bəşəriyyətin gələcəyinin İKT-nin imkanlarına əsaslanan innovativ inkişafla bağlı olduğunu söyləyən alim "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsinin əsas hədəflərdən olduğunu nəzərə çatdırıb. Bu hədəfə çatmaq üçün isə təhlükəsiz informasiya cəmiyyəti və biliklər iqtisadiyyatının formalaşması, elmtutumlu texnologiya, məhsul və xidmətlərin yaradılması proseslərinin sürətləndirilməsinin vacibliyini dilə gətirib.

Alim AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksəksəviyyəli İnternet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator olan “AzScienceNet” elm-kompüter şəbəkəsindən söz açaraq onun fəaliyyətinin əsas istiqamətlərindən birinin məhz informasiya təhlükəsizliyi ilə bağlı olduğunu nəzərə çatdırıb.

"İnformasiya təhlükəsizliyi sahəsi üzrə elmi kadrların hazırlanması istiqamətində görülən tədbirlərdən biri də Heydər Əliyev Fondu, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının keçirilməsidir. Hər il təşkil edilən bilik yarışının əsas məqsədi istedadlı tələbələrin informatika və proqramlaşdırma sahəsində gələcəyin mütəxəssisi olmasına dəstək verməkdir. Heç şübhəsiz ki, bu kimi müsabiqələrdə fərqlənən gənclərin əksəriyyəti bu sahə üzrə peşəkar kadr kimi formalaşırlar", - deyə A.Əlizadə bildirib.


Sonra rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov "İnformasiya təhlükəsizliyi sahəsində dövlət siyasəti" mövzusunda məruzə ilə çıxış edib. İnformasiya təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsinin dövlət siyasətinin prioritet məsələlərindən biri olduğunu və bu istiqamətdə məqsədyönlü işlər aparıldığını diqqətə çatdırıb. 

Nazir qeyd edib ki, informasiya təhlükəsizliyinin təmin olunması üçün dövlətin, xüsusən də cəmiyyətin intellektual potensialının səfərbər edilməsi vacibdir.

Nazir həmçinin bildirib ki, İnternetdən istifadə sıxlığının sürətlə artdığı bir dövrdə kibertəhdidlər qaçılmazdır. O, hər həftə 2 min kompüterin virusa yoluxduğunu qeyd edərək, dünyada hər il kiberhücumların həcminin 30 faiz artığını diqqətə çatdırıb. "Bütün bunlar informasiya cəmiyyətini kibertəhlükəsizliyi, informasiya təhlükəsizliyini daha da möhkəmləndirməyə vadar edir. Azərbaycanda qlobal məkanın fəal iştirakçılarından biri kimi bu istiqamətdə həyata keçirdiyi qabaqlayıcı tədbirləri intensivləşdirib. Bir müddət sonra ölkəmiz qlobal idman tədbirinə ev sahibliyi edəcək. İlk Avropa Oyunlarının təşkilində ən ümdə məsələlərdən biri də informasiya təhlükəsizliyinin tam təmin olunmasıdır. Biz bu istiqamətdə bütün səylərimizi səfərbər etmişik" - deyə nazir qeyd edib. 

Daha sonra AMEA-nın akademik katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik  Rasim Əliquliyev "XXI əsrin informasiya təhlükələri və onlarla mübarizə strategiyaları" adlı məruzəsini təqdim edib.

Konfransda 3 paralel seksiya iclasında davam etdirilib. "İnformasiya təhlükəsizliyinin humanitar problemləri", "E-dövlətin informasiya təhlükəsizliyi" və "İnformasiya təhlükəsizliyinin təmin edilməsi texnologiyaları" mövzuları üzrə seksiya iclaslarında informasiya təhlükəsizliyinin müxtəlif istiqamətlərində aktual məsələləri əhatə edən məruzələr dinlənilib.

 

 

Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015

İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans olacaq

26-03-2015

Informasiya təhlükəsizliyinə dair V respublika konfransı keçiriləcək

12-11-2019

“İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək

08-01-2015

Rasim Əliquliyev: Son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlər artıb

17-12-2018

İnformasiya təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunacaq

13-01-2015

Sosial medianın problemləri ilə bağlı konfrans keçiriləcək

12-10-2016

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

AMEA prezidenti :“İT mütəxəssislərə tələbat artır”

17-05-2017

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019

İnformasiya Texnologiyaları İnstitutunda elmi konfrans keçirilib

22-12-2023

AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

08-11-2018

İnformasiya təhlükəsizliyi ilə bağlı V respublika konfransı keçirilib

29-11-2019

“Elektron dövlət quruculuğu problemləri” konfransı keçirilib

04-12-2014

Bakıda e-tibbin problemləri ilə bağlı konfrans keçirilib

24-05-2016

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

20-02-2016

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

11-11-2024

Big Data konfransı başa çatdı

25-02-2016

İnformasiya təhlükəsizliyinin aktual elmi-praktiki problemləri mövzusunda konfrans keçirildi

14-12-2018

Rasim Əliquliyev: Ölkəmizdə İKT sahəsində insan resurslarının əsasını gənclər təşkil edir

24-10-2018

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025

İKT-nin tətbiqi üzrə AICT 2016 konfransı başa çatıb

17-10-2016

“İKT-nin problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir”

14-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə