“İnformasiya texnologiyalarının tədrisə tətbiqi” mövzusunda konfrans keçirilib

13-11-2015 / 11:17

Noyabrın 13-də Qərb Universitetində “İnformasiya texnologiyalarının tədrisə tətbiqi” mövzusunda konfrans keçirilib.

Xeberler.az bildirir ki, müvafiq qurumların mütəxəssislərinin, professor və müəllimlərin iştirak etdikləri konfransda universitetin prorektoru Rəna Babayeva mövzunun əhəmiyyətindən danışıb.

Konfransda mövzu ilə bağlı məruzələr dinlənilib.

Sonra tədrisdə informasiya texnologiyalarından (İT) istifadə etməklə plagiatlığın yoxlanılması metodları, İT tətbiqinin müxtəlif yollarından, o cümlədən plagiatlığın yoxlanılması üsulları ədədi üsulların proqram paketinin hazırlanması və digər riyazi məsələlərin həlli üsulları (proqramlaşdırma dillərindən istifadə etməklə) haqqında müzakirələr aparılıb.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə