Previous Next
Bağla

İnformatika Layihə Olimpiadasına qeydiyyat müddəti uzadıldı

30-03-2015 15:25
İnformatika Layihə Olimpiadasına qeydiyyat müddəti uzadıldı

Məktəblərarası İnformatika Layihə Olimpiadasında iştirak etmək üçün qeydiyyat müddəti aprelin 20-ə qədər uzadılıb.

Xəbərlər.az İnformatika Layihə Olimpiadasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda yalnız 10 Aprel 2015-ci il tarixə qədər online qeydiyyatdan keçən orta məktəb şagirdləri iştirak edə bilərlər.

Qeydiyyatdan keçdikdən sonra əsas menyudan HESABIM bölməsinə girərək, tələb olunan bütün məlumatların doldurulması lazımdır.

PROFİLİM bölməsi qeydiyyat tarixi bitənə qədər aktiv olacaq və istənilən dəyişikliyi edə biləcəklər.

Yarış “Veb səhifə”, “Animasiya”, “Proqramçılıq”, “Robot”, “Qısa film” kateqoriyaları üzrə təşkil olunur. “Veb səhifə”, “Animasiya”, “Proqramçılıq” və “Robot” kateqoriyalarında tək və ya qrup şəklində (2 nəfərdən artıq olmamaq şərtilə) iştirak etmək olar.

İstər tək, istərsə də qrup şəklində hazırlanan və qalib gələn layihəyə bir mükafat və bir medal veriləcək. Qrupda iştirak edəcək şagirdlər eyni kateqoriyadan olmaq şərtilə fərqli məktəblərdən ola bilərlər.

Layihələr yalnız qatılan şəxsin (və ya şəxslərin) iştirakı ilə hazırlanmış olmalıdır. Layihələrdə qanunlara zidd, siyasi mövzulara, həddən artıq şiddətə, ədəbsiz, 18+ mövzulara, tənqidə, təhqirə, hər hansı bir şəxsiyyətin alçaldılmasına yer verilməməlidir. Bütün kateqoriyalardan istənilən mövzuda layihə hazırlamaq olar. “Animasiya” və “Qısa film” 5 dəqiqədən çox olmamalıdır.

Finala seçilən layihələr aprel ayında yarışın internet səhifəsində elan olunacaq. Finala qalan iştirakçılar finalçılar elan edildikdən sonra www.ilo.az”-da veriləcək ölçüdə poster hazırlamalı və çap etdirməlidirlər. 

İLO orta məktəb şagirdlərinin İKT sahəsində bilik və bacarıqlarının inkişafına yönəldilmiş layihə yarışıdır və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), AMEA İnformasiya Texnologiyaları İnstitutu, AMEA İdarəetmə Sistemləri İnstitutu, Qafqaz Universiteti və “İstək” liseyinin təşkilatçılığı və sponsorluğu ilə keçirilir. Məqsəd respublikanın İT və kompüter texnologiyaları sahəsində ən bacarıqlı şagirdlərini bir araya gətirmək, orta məktəb şagirdlərinin bu sahədə xəyal güclərini və maraqlarını artırmaq, nəzəri biliklərinin bacarıqları ilə nümayiş etdirilməsini təmin edərək, təcrübə qazanmalarına təkan vermək və inkişaf etməkdə olan Azərbaycanın gələcəyi üçün İKT sahəsi üzrə güclü mütəxəssislərin yetişməsinə imkan yaratmaqdır.

Mirvari Nəcəf

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Məktəblilər arasında “VIII İnformatika layihə olimpiadası”nın final mərhələsi keçirildi

12-05-2015

Qafqaz Universitetində İnformatika Olimpiadası keçirilir-Foto

11-06-2016

Məktəblilər arasında İnformatika Layihə Olimpiadası keçirilib-Foto

13-06-2016

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

30-04-2016

“Global Virtual Hackathon” müsabiqəsi keçirilir

31-03-2020

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi başlayır

05-03-2025

“Məktəblilərarası Milli Hakaton” müsabiqəsinə qeydiyyat davam edir

12-03-2025

Bakı Dövlət Universiteti “İnformatika-2009” Olimpiadasında qalib gəldi

18-05-2009

İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

16-04-2016

“AZERCELL CUP 2024” müsabiqəsinə start verilir!

15-05-2024

İnformatika və Proqramlaşdırma Müsabiqəsi başlayıb

07-11-2022

İnformatika üzrə Ümumrespublika Olimpiadası başa çatır

29-04-2016

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilir

02-05-2015

Yeni Fikir 2015 Müsabiqəsində 26 layihə yarışacaq

04-03-2015

"AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir

25-03-2025

Tələbələri arasında İnformatika üzrə olimpiada başladı

30-04-2018

Millinet-də qeydiyyat müddəti uzadıldı

23-11-2016

Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasının seçim imtahanının I mərhələsi başlanır

06-04-2026

“Məktəblilərarası Milli Hakaton” müsabiqəsinin müddəti uzadılıb

19-03-2025

İnformatika üzrə Ümumrespublika Olimpiadası keçiriləcək

27-03-2017

İnformatika üzrə X Ümumrespublika Olimpiadasının finalı olub

04-05-2015

İnformatika üzrə X Ümumrespublika Olimpiadasına start verilib

06-04-2015

İnformasiya Texnologiyaları İnstitutunda yeni veb sayt yaradılır

01-04-2016

Informatika üzrə Ümumrespublika Olimpiadası keçirilir

16-04-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə