İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və BMT-nin İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosunun birgə təşkilatçılığı ilə keçirilən “İnkişaf üçün informasiya və kommunikasiya texnologiyaları (İKT)” mövzusunda konfrans başa çatıb.
Xeberler.az-ın məlumatına görə, on altı ölkədən 144 nümayəndənin iştirak etdiyi konfransda çıxış edən Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının dünya standartlarına uyğunlaşması sahəsində əldə olunan nailiyyətlər, “Elektron hökumət” quruculuğu və onun dinamik nəticələri, bu sahədəki yeniliklərin digər ölkələrdə tətbiqinə dair imkanlar barədə iştirakçılara məlumat verib.
Konfransın nəticələrini yüksək dəyərləndirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov AzərTac-a müsahibəsində bildirib ki, iki gün davam edən müzakirələr informasiya və kommunikasiya texnologiyaları üzrə müasir metodlardan istifadə olunması, TDƏŞ üzvlərinin İKT sahəsində digər ölkələrlə əməkdaşlığı üçün yeni fürsətlər yaradıb.
Baş katib diqqətə çatdırıb ki, TDƏŞ-ə üzv ölkələrin dövlət başçılarının təlimatlarına uyğun olaraq İKT sahəsində əməkdaşlıq imkanlarına dair BMT ilə birgə layihələr həyata keçiriləcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri