“İnnovasiyalar Mərkəzi”nin direktoru “TEKNOFEST”də iştirak edib

05-05-2025 / 13:44
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov “Türkiyə Texnologiya Komandası” - T3 Fondunun dəvəti ilə Şimali Kipr Türk Respublikasında keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak edib.
 
Xeberler.az məlumat verir ki, Vüsal Rüstəmov festivalda finala yüksələn və ölkəmizi təmsil edən komandalarla bir araya gəlib, onların uğurlarını təqdir edib və hər bir iştirakçını səmimiyyətlə təbrik edib. O, xüsusilə Bakı Ali Neft Məktəbinin (BANM) komandaları ilə də tanış olub, onların uğurlu çıxışlarını yüksək dəyərləndirib. Komandaların göstərdiyi əzmkarlığı yüksək qiymətləndirən Mərkəz rəhbəri, gənclərin bu sahədə əldə etdiyi uğurların Azərbaycanın texnoloji inkişafına mühüm töhfə verdiyini bildirib. O, qalib komandaları yeni zirvələrə doğru inamla addımlamağa və beynəlxalq platformalarda ölkəmizi daha geniş şəkildə təmsil etməyə çağırıb.
 
Qeyd edək ki, Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3) arasında imzalanmış Protokola əsasən yaradılan “Bilim Bakı” Mərkəzi “TEKNOFEST”in Azərbaycandakı koordinatorudur. Belə ki, festivalda ölkəmizi təmsil edən universitet tələbələri, gənclər və şagirdlərdən ibarət komandalar müxtəlif mərhələlər üzrə hazırlıq prosesini bu mərkəzdə keçiblər. Mərkəz onlara texniki və nəzəri biliklərin artırılmasında dəstək göstərərək, startapların beynəlxalq səviyyədə rəqabətə hazırlaşmasına töhfə verib.
 
2018-ci ildən etibarən təşkil olunan "TEKNOFEST" innovasiya, startap və texnologiya sahəsində dünyanın ən qabaqcıl tədbirlərindən hesab olunur. Festivalın keçirilməsinin əsas məqsədlərindən biri gənclərin qeyd olunan sahələrə diqqətinin cəlb olunması və müvafiq istiqamətlər üzrə inkişafı təmin etməkdir.
 
 
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə