Çinin ən böyük İnternet şirkəti – Alibaba Group-un rəhbəri Cek Ma bildirib ki, 30 il sonra insanlar həftədə 4 gün, gündə 4 saat işləyəcək.
Belə ki, süni intellektin inkişafı insanlara daha çox səyahət etməyə və daha az işləməyə imkan verəcək.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, əsl peşəsi müəllim olan Cek Ma qeyd edib ki, dünya liderləri diqqəti təhsil sisteminə yönəltməlidir ki, avtomatlaşdırılmanın tətbiqi fəsadsız olsun:
“Mən insanlara bənzəyən maşınlar yaratmalı olduğumuzu düşünmürəm. Biz əmin olmalıyıq ki, maşınlar insanların edə bilmədiklərini edə bilər. Maşınlar heç vaxt insanlarda olan müdriklik və təcrübəni əldə edə bilməyəcəklər”.
Onun sözlərinə görə, Apple, Alphabet və Amazon kimi böyük ictimai şirkətlər o qədər üstünlük əldə ediblər ki, bəziləri onları inhisarçı hesab edirlər. Lakin nəhəng şirkətlərin uğurları tezliklə azala bilər, çünki artıq kiçik müəssisələr də İnternetə çıxış əldə edirlər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri