İnstagram-da yeni trend

13-07-2015 / 14:12

Ötən il ALS xəstəliyinə məlumatlılıq yaratmaq məqsədiylə sosial mediada başladılan Ice Bucket Challenge cərəyanından sonra son zamanlar yeni #DontJudgeChallenge hərəkatı Instagram-da meydana çıxıb.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu etiket ilə paylaşılanların sayı artıq 85.000-i keçib. Bu meydan oxuma Twitter-da da #DontJudgeChallange etiketiylə sürətlə yayılır.

Gənclər qısa videolarla özlərində itələyici bir fiziki görünüş yaradır və sonra real həyatda necə göründüklərini nümayiş etdirirlər. İlk mərhələdə eynəklərini xoş olmayan şəkildə taxmaq, saçları dağıtmaq, makiyaj vəsaitləri ilə qəribə görüntülər və çürük dişlər yaratmaqla cazibədar olmayan bir hesab açırlar.

Bir çox gəncin YouTube ulduzu Miranda Sings kimi dodaq boyasından istifadə etdiyi də görünür. Videoların arxa fonunda məşhur musiqilər səsləndirilir, tənzimləmələr isə Musical.ly adlı video proqramı vasitəsilə həyata keçirilir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə