“Ölkədəki bahalaşma internet məkanına da təsirsiz ötüşməyəcək”.
Xeberler.az AzNews saytına istinadən məlumat verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O bildirib ki, provayderlər qiymət artımı üçün fürsət gözləyir:
“Artıq bir neçəsi elan verib ki, qiyməti artıracaqlar. Azərbaycanın əsas internet təsisçisi “Delta Telekom” rəsmi açıqlama verib ki, hələlik internetin topdan satış qiymətini artırmayacaq. Bütün provayderlər də interneti həmin şirkətdən alır. Düşünürəm ki, hələlik internet bazarında ciddi qiymət artımı üçün əsaslar yoxdur. Çünki topdan satış qiymət stabil olaraq qalır”.
Osman Gündüz qeyd edib ki, internet qiyməti qonşu ölkələrlə müqayisədə Azərbaycanda yüksəkdir:
“Müqayisə üçün deyim ki, bizdə internet istifadəçilərinin də sayı azdır. Kompyüterin satışı, İT avadanlıqları ilə bağlı sektorda zəiflik müşahidə olunur. Əhalinin pul gəlirləri az olanda bu cür şeylərin alınmasına az diqqət yetirilir. Ona görə bu bazarda müəyyən qədər enmə müşahidə olunur”.
Osman Gündüz hazırda İT şirkətlərində ciddi ixtisarlar olduğunu deyib: “İT şirkətlərində müəyyən ixtisarlar gedib. Biz bunu müşahidə edirik, artıq bir sıra şirkətlər işçilərini 30 faiz ixtisara salıb. Bunun da səbəbi var. Bizdəki İT şirkətlərinin əsas gəliri dövlət sifarişləri idi. Dövlət sifarişlərinin azalması səbəbindən İT şirkətlərində böhran yaranıb”.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri