Previous Next
Bağla

İnvestisiya mütəxəssisi Qüdrət Quliyev ilə müsahibə

08-09-2022 17:25
İnvestisiya mütəxəssisi Qüdrət Quliyev ilə müsahibə

Xeberler.az Startaplara yatırım edən ABŞ-ın "Starta VC" vencur fondunda İnvestisiya mütəxəssisi vəzifəsində çalışan Qüdrət Quliyev ilə müsahibəni təqdim edir:

-Qüdrət bəy, ilk öncə özünüz haqqında qısa məlumat verərdiniz.

- Mən Qüdrət Quliyev orta məktəbi Bakıda bitirmişəm. Böyük Britaniyanın paytaxtında “City University of London”da beynəlxalq siyasi iqtisadiyyat üzrə ali təhsil almışam. Məzun olduqdan sonra Bakıya qayıdıb bir sıra dövlət təşkilatlarında və özəl 
sektorunda işləmişəm. Daha sonra magistraturada oxumaq üçün Nyu Yorka köcdüm və Fordham Universitetində maliyyə ixtisası üzrə magistr təhsili aldım. Sonra Nyu Yorkda yerləşən vençur fond olan "Starta VC"də İnvestisiya mütəxəssisi kimi işləməyə başladım. Mən bu vençur fondda startapları qiymətləndirir və təhlil edirəm. Əlavə olaraq, əgər startapa yatırım ediriksə, investorlarımızın startaplarla tanış olmaları üçün investisiya memorandumu hazırlayıram. Bundan əlavə, müxtəlif ölkələrdə bizimlə co-investisiya etmək istəyən investor şəbəkəmizi genişləndirmək üzərində işləyirəm.

- Azərbaycan startap ekosistemi haqqında nə düşünürsünüz?

- Mən şəxsən bu istiqamətdə böyük irəliləyiş görürəm. Hazırda ölkəmizdə bir neçə inkubasiya/akselerasiya mərkəzləri var. Bir-iki "startup studio"lar fəaliyyət göstərir. Bildiyiniz kimi bir müddət öncə Mələk İnvestorlar Klubu yaradılıb və yeni vençur kapital fondunun yaradılması planlaşdırılır. Onların hamısı startap ekosistemi üçün vacib komponentlərdir. İnkubasiya və akselerasiya mərkəzləri yeni startapların yaradılmasına və inkişafına kömək edir, mələklər və vençur fondları isə maliyyə kapitalı ilə onların böyümə imkanların artırır. Buna görə də biz bütün istiqamətlərdə davamlı artımı görə bilərik və ümid edirəm ki, yaxın gələcəkdə çox uğurlu startaplar görəcəyik. Bununla belə, İT mütəxəssislərinin çatışmazlığı var və bildiyiniz kimi, İT əksər startapların əsas elementidir. Biz bu ekosistemin qurulmasının başlanğıcındayıq və lazım olan mərhələyə çatana qədər hələ uzun yol var.

- Yerli startaplar xarici bazarlara daxil olmaq üçün nə etməlidirlər?

- Birincisi, həmin bazarda onların məhsuluna ehtiyac olub-olmadığını araşdırmalıdırlar. Əgər bazarın böyük olduğunu və rəqiblər baxımından boş olduğunu görsələr, daxil olmaq üçün mükəmməl vaxtdır. Amma bazarda artıq bəzi rəqiblər varsa, o zaman onlar öz rəqabət üstünlüyünü tapmalıdırlar. Rəqiblərdən onları unikal edəcək bir şey tapmalıdırlar. Bu unikallıq onlara bazar payı əldə etməyə kömək edəcəkmi? Əgər belədirsə, o zaman bunun üçün getməlidirlər. Əlbəttə ki, onların xarici bazarlarda daxil olmaları üçün müəyyən kapital olmalıdır. Yeni bazarlara daxil olmaq asan deyil, lakin düzgün yanaşmanız varsa, bu, çox mümkün bir şeydir.

- Sizcə, hazırkı Dünya iqtisadiyyatı startaplara necə təsir edir?

- Son bir neçə ildə biz startapların əsassız yüksək qiymətləndirilməsini gördük. İndi korreksiya və qiymətləndirmələri normal vəziyyətə gətirmək vaxtıdır. ABŞ startapları 2021-ci ildə vençur sərmayələrində 329,9 milyard dollar cəlb edərək, 2020-ci ildə müəyyən edilmiş 166,6 milyard dollarlıq əvvəlki illik rekordu təxminən iki dəfə artırmışdır. Yeni növ koronavirus pandemiyası dövründə  iqtisadi inkişafı təşbiq etmək üçün əlavə pul çap edilmişdi və döviriyyədə artıq pul mövcud idi. Bu vəziyyət startap investisiyalara təsir etdi - bir çox startap çox asanlıqla milyonlarla dollar cəlb edirdi. Beləliklə, startapların əsassız yüksək qiymətləndirilməsinə səbəb oldu. Bu il görürəm ki, kapital cəlb etmək əvvəlki kimi o qədər də asan deyil; buna görə də qiymətləndirmələr aşağı düşür və hər şey normal vəziyyətə gəlir.

- İlkin mərhələdə startaplar üçün əsas uğur amilləri hansılardır?

- Startaplardan danışırıqsa, ilkin mərhələdə uğurun açarı ideya, komanda və icradır. İdeya nə qədər genişlənə biləcəyini və bu ideya üçün bazarın olub olmadığını təhlil etməlisiniz. Bundan əlavə, komandanın əvvəlki təcrübəsi və bacarığı da çox önəmlidir. İcra edilməyən ideyanın heç bir dəyəri yoxdur. Buna görə də, komandaya və onların icrasına arxayın olmalısınız.

- Müsahibəyə görə, təşəkkür edirəm.

- Mən təşəkkür edirəm!

(Marja)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Məmməd Kərim: “Regionun startap ekosistemində risk sərmayəsi mədəniyyəti formalaşır”

03-09-2025

"Boğaziçi Ventures" fondu tərəfindən Azərbaycanda startapların maliyyələşdirilməsinə start verilir

20-11-2020

«Azərbaycan investorları startapa yatırım edərək böyük gəlir götürüblər»-Müsahibə

26-04-2022

2-ci vençur fondun məqsədləri açıqlanıb

06-03-2023

Məmməd Kərim: Süni intellekt tərkibli çox sayda startaplara yatırım etmişik

02-09-2025

Ekspert: Azərbaycanın startap ekosisteminin vəziyyəti düşündürücüdür

22-08-2025

Yeni yaradılan şirkətlərə 1,1 milyard dollar investisiya yatırılıb

28-10-2015

Azərbaycan startaplarının əsas çətinlikləri açıqlanıb

03-09-2025

Vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair müqavilə imzalanıb

29-09-2025

Azərbaycanda yeni investisiya alətləri yaradılacaq

26-10-2023

İkinci vençur kapital fondu yaradılması istiqamətində işlər görülür

01-12-2023

Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün şərtlər açıqlanıb

09-10-2023

Azərbaycanın ilk vençur fondunun – Caucasus Ventures-in bank hesabları bağlanıbmı ?

21-06-2024

“Ən yaxşı startapların çox pula ehtiyacı yoxdur”

16-04-2016

Azərbaycan startaplarının cəlb etdiyi investisiyaların məbləği açıqlanıb

02-10-2024

Ekspert: Qlobal İnnovasiya İndeksində investisiya üzrə 14 pillə geriləmişik

22-09-2025

“Rəqəmsal ekosistemin inkişafı üçün ən yaxşı vasitə mediadır”

18-08-2015

Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

14-06-2022

Azərbaycanlı mələk investorlar qlobal startaplara yatırımlar edəcəklər

25-01-2024

Vençur fondların inkişafı nə üçün ləngiyir?

09-09-2015

Xarici startapları ölkəyə gətirək, yoxsa yerli startapları dəstəkləyək?-Müzakirə

10-10-2016

Türkiyədə ilkin mərhələdə olan startaplar üçün yeni təkan

16-02-2016

İRİA: "Startapların maliyyəyə əlçatanlığında çətinliklər var"

02-02-2026

Rafael Əzizov: “Böhran hər zaman düzgün startap üçün yeni imkanlar açır”

14-01-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə