ABŞ-ın Poynter İnstitutunun Multimedia and Mobil Xidmətlər fakultəsinin mütəxəssisi Regina Makkoms Media Akademiyasında yeni media üzrə seminar keçib. Görüş İrəli İctimai Birliyinin baş ofisində keçirilib.
Qonaq xəbərlərin verilməsində sosial mediadan səmərli istifadə, maraqlı video xəbərlərin yayımlanması, auditoriyaları rəqəmli sistemə fəal cəlb etmək barəsində tələbələrə məlumat verib. Onun dediyinə görə, bəzi təşkilatlar, xəbər agentlikləri sosial şəbəkələrdən oyun kimi istifadə edirlər. Sosial şəbəkələrdən istifadə etməmişdən əvvəl məqsədləri planlaşdırmaq lazımdır. Facebook vasitəsilə öz biznesi qurub onu inkişaf etdirə bilərsiz. Regina Makkoms qeyd edib ki, artıq dünyada televiziya kanalları ilə sosial şəbəkələrə inam bərabər səviyyədədir: . Kanadada 67% insan televiziya ilə yanaşı sosial mediadan da eyni anda istifadə edir. Bu xüsusilə operativ xəbərlərin çatdırılmasında özünü büruzə verir. İnsanlar artıq xəbərləri sosial şəbəklər vasitəsilə yaymaqda maraqlıdırlar.
Bundan başqa qonaq bloq açmaq istəyən gənclərə Livejournal, Vordpress, Blogger, Tumblr saytlarını məsləhət gördü.
Görüşdə həmçinin ABŞ-ın ölkəmizdəki səfirliyinin mətbuat katibi Kis Bin də iştirak edib.
Xatırladaq ki, Media Akademiya “Irəli’ İctimai Birliyinin layihəsidir və məqsədi jurnalistikaya marağı olan gəncləri peşəkar kimi formalaşdırmaqdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri