İRİA ilə “Astana Hub” arasında anlaşma memorandumu imzalanıb

28-11-2025 / 16:07

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Qazaxıstanın “Astana Hub” Beynəlxalq Texnoparkı arasında anlaşma memorandumu imzalanıb. Sənəd iki ölkə arasında innovasiya, sahibkarlıq və startap ekosistemlərinin inkişafı istiqamətində əməkdaşlığı gücləndirməyi, regional innovasiya əlaqələrini genişləndirməyi və qarşılıqlı bilik mübadiləsini dərinləşdirməyi hədəfləyir.

Xeberler.az bildirir ki, memoranduma əsasən, İRİA və “Astana Hub” hər iki ölkənin startap ekosisteminin böyüməsi və qarşılıqlı dəstəyi üçün daha sıx əməkdaşlıq edəcək. Məqsəd startaplar üçün bazarlara çıxış və vençur maliyyələşmə imkanlarına əlçanlığı genişləndirməkdir. “Astana Hub” ilə müvafiq istiqamətlərdə strateji tərəfdaşlıq, bilik və təcrübə mübadiləsi həyata keçiriləcək.

Qeyd edək ki, sənəd, eyni zamanda, Azərbaycan və Qazaxıstan startaplarının iştirakı üçün ortaq inkubasiya və akselerasiya proqramlarının hazırlanması və həyata keçirilməsi imkanlarını nəzərdən keçirir. Startaplar, innovatorlar və ekosistem üzvləri üçün mentorluq, təlim və resurslara çıxışın dəstəklənməsi də tərəflərin əməkdaşlıq çərçivəsində qarşıya qoyduğu məqsədlər arasındadır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə