“mygov” platforması vətəndaşlara fərdi məlumatları üzərində tam nəzarət imkanı yaratmaq məqsədilə rəqəmsal razılıq mexanizmini tətbiq edir. Bildirilir ki, platformada fərdi məlumatların emalı və paylaşılması yalnız Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və vətəndaşın açıq razılığına əsaslanır.
Xeberler.az məlumat verir ki, “mygov” platformasına inteqrasiya olunmuş şirkətlər vətəndaşın razılığı olmadan onun fərdi məlumatlarını əldə edə bilməz. Vətəndaş tərəfindən verilən razılıqlar platforma tərəfindən heç bir halda dəyişdirilmir, razılıqların verilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi yalnız vətəndaşın özü tərəfindən həyata keçirilir.
Vətəndaşlar platformada inteqrasiya olunmuş bütün şirkətləri görə, hansı məlumatların hansı şərtlərlə sorğulana biləcəyini əvvəlcədən öyrənə, verdikləri razılıqları isə istənilən vaxt idarə edə və ya ləğv edə bilirlər. Eyni zamanda, fərdi məlumatlarla bağlı edilən bütün sorğular barədə vətəndaşlara bildiriş göndərilir və əməliyyatların tarixçəsini izləmək imkanı yaradılır.
Məlumata görə, vətəndaş razılığı ləğv edildikdə, hər hansı şirkət məlumat sorğusu etdikdə bu barədə platforma vasitəsilə vətəndaşa bildiriş göndərilir. Vətəndaş həmin bildiriş əsasında beş dəqiqə ərzində məlumat mübadiləsinə razılıq verə bilər. Bu müddət ərzində razılıq verilmədiyi halda şirkət tərəfindən məlumatların əldə edilməsi texniki olaraq mümkün olmur.
Bildirilib ki, vətəndaşın razılığı olmadan məlumatların sorğulanması və ötürülməsi mümkün deyil, razılıq ləğv edildikdə isə məlumat mübadiləsi avtomatik dayandırılır. İstifadəçi təcrübəsinin yaxşılaşdırılması məqsədilə platformada mütəmadi texniki və vizual təkmilləşdirmələr aparılır. Bu dəyişikliklərin fərdi məlumatların qorunması prinsiplərinə təsir etmədiyi və təhlükəsizlik mexanizmlərinin dəyişməz saxlanıldığı vurğulanır.
Qeyd edək ki, “mygov” platformasında bu mexanizmlə bağlı indiyədək heç bir texniki xəta və ya kənar müdaxilə qeydə alınmayıb, vətəndaşların şəxsi məlumatları onların razılığı olmadan istifadə edilməyib. Vətəndaşlar istənilən vaxt şəxsi kabinet vasitəsilə məlumat sorğularının tarixçəsi ilə tanış ola bilirlər.
Məlumatda vurğulanır ki, “mygov” vətəndaş etimadı üzərində qurulmuş milli rəqəmsal hökumət platformasıdır. Şəffaflıq, məxfilik və təhlükəsizlik platformanın əsas prioritetləri olaraq qalır və bu prinsiplərə uyğun şəkildə inkişaf prosesi davam etdiriləcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları