Previous Next
Bağla

Kim sizin şəxsi məlumatlarınızı sizdən xəbərsiz izləyir?

02-08-2023 17:13
Kim sizin şəxsi məlumatlarınızı sizdən xəbərsiz izləyir?
İstənilən şəxs MyGov-a daxil olub "Sorğulanmış məlumatlarım" bölməsini seçəndə görəcək ki, xeyli sayda dövlət və özəl qurum, banklar sizdən xəbərsiz fərdi məlumatlarınıza baxıb. Bəzən isə burada hətta sizin şəxsi məlumatlarınıza baxanların uzun bir siyahılarını görə biləcəksiniz.
 
Hərdən mən özüm təəccüblənirəm ki, banklarda olanlar gecə-gündüz bilmədən, dövlət sistemlərində olan bu şəxsi məlumatları necə və nə üçün toplayırlar.
Hansı ki, vətəndaşın razılığı olmadan bu, qanunsuzdur. Proses adətən belə baş verir. Qurumlar, banklar da bilir ki, vətəndaşın hansısa bir razılığı olmadan bunu etmək qanunsuzdur və onu məhkəmə gözləyə bilər.
 
Odur ki , vətəndaş nə zamansa identifikasiya olunmadan, adi bir loginlə harasa daxil olub xidməti almaqla bağlı nəyisə təsdiqləyəndə, qurumlar, banklar dərhal, heç vətəndaşın xəbəri olmadan da fərdi məlumatlarına baxmaq razılığı da alırlar.
Bunlar hamısı yolverilməzdir. Uzun müddətdir ki, proses bu qaydada davam edir.
İndi isə bunun qarşısını almaq üçün bildiyim qədər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yeni bir mexanizm hazırlayıb.
 
Qurum bir neçə hökumət portalını özündə birləşdirən Super Portal və onun əsasında mobil Rəqəmsal Cüzdan da hazırlayır. Hansı ki, burada vətəndaşın şəxsi kabineti nəzərdə tutulub və elə burada da, qurumlardan bildirişlər almaq, sorğulanmış məlumatlarına münasibət bildirmək imkanı yaradılıb.
 
Bu prosesdə SİMA rəqəmsal imzadan istifadə imkanı da nəzərdə tutulub.
Artıq vətəndaşın razılığı olmadan, hansısa bank və ya qurum onun fərdi məlumatlarına baxa bilməyəcək. Yeri gəlmişkən, Super Portalda və Cüzdanda olan bir çox məlumatlar da artıq sadəcə məlumat deyil, data əsaslı "rəqəmsal sənəd" statusuna malik olacaq.
 
Xatırladıram ki, bir neçə il öncə Avropada fərdi məlumatların qorunması ilə bağlı tam yeni standartlar hazırlanıb.RİNN açıqlama verib ki, bu standartlar əsasında "Fərdi məlumatlar haqqında" yeni qanun layihəsi də hazırlayıb və hökumətə təqdim edib. Hələlik bu yeni layihədən xəbər yoxdur.
 
Osman Gündüz, 
Azərbaycan İnternet Forumunun Prezidenti,ekspert
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İRİA: “mygov”da rəqəmsal razılıq mexanizmi tətbiq olunur

27-12-2025

Eksert: Rəqəmsal şəxsiyyət vəsiqəsini kim yoxlaya bilər?

28-11-2024

İş yerində fərdi məlumatları qorumaq üçün bunları edin

17-08-2023

“mygov”da məlumat sorğuları barədə bildirişlər göndərilməyə başlanılıb

18-11-2025

Azərbaycanda yeni Super Portal istifadəyə veriləcək

21-07-2023

Banklar elektron sənədi niyə qəbul etmir?-Problem

20-10-2017

Ali Məhkəmə: Şəxsin "WhatsApp" yazışmalarının izlənilməsi qadağandır

18-02-2026

Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verilib

06-05-2024

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024

Mobil nömrələrin satışı necə olacaq ? - Aktual

10-06-2015

COVID-19 sertifikatları artıq “myGov”da

13-07-2021

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023

Facebook məlumatları ötürəcək: qarşısını almaq olarmı?

10-12-2014

Yaşayış yeri haqqında e-arayışı hansı qurum tanıyacaq?

16-04-2015

Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

16-06-2022

596 bal topladığı iddia olunan abituriyent haqlıdırmı?

17-08-2018

Şahin Əliyev: Bəzi obyektlərdə vətəndaşlardan şəxsiyyət vəsiqəsinin tələb edilməsi müəyyən risklər yaradır

17-09-2024

Ekspert: Dövlət qurumlarında formalaşan datanın sahibi kimdir?

11-10-2022

Osman Gündüz: Vətəndaşların "Mygov"a yerləşdirilən məlumatları "Rəqəmsal sənəd" statusu qazanıb

17-09-2024

BMT: Dövlətlər son dərəcə təhlükəsiz sistemlər yaratmalıdır

23-10-2017

Ekspert: Media qurumları WhatsApp-la bağlı məsələni ifrat dərəcədə şişirdirlər

11-01-2021

Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

25-10-2023

Osman Gündüz: myGov-da təhlükəli eksperiment vaxtında dayandırıldı

27-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə