Previous Next
Bağla

“İş yerinə dair arayış” e-xidmətinə müraciətlər 17,4 faiz artıb

06-09-2016 15:02
 “İş yerinə dair arayış” e-xidmətinə müraciətlər 17,4 faiz artıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı artmaqda davam edir.

Nazirliyin mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, cari ilin avqust ayında vətəndaşlar bu e-xidmətə əvvəlki iyul ayı ilə müqayisədə 17,4 faiz çox, yəni 25 597 dəfə müraciət ediblər.

Ümumilikdə bu ilin yanvar-avqust aylarında “İş yerinə dair arayış” e-xidmətinə 136 446 dəfə müraciət olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çoxdur.

“İş yerinə dair arayış” e-xidməti hər bir vətəndaşa işlədiyi müəssisənin aidiyyəti şəxslərinə müraciət etmədən, istənilən vaxt onlayn rejimdə öz iş yeri barədə arayış əldə etməyə imkan verir. Belə ki, “E-hökumət” portalında (www.e-gov.az) autenfikasiyadan keçərək müvafiq e-xidməti seçən şəxs portal tərəfindən avtomatik olaraq onun iş yerinə dair formalaşdırılmış arayışı əldə edir. İstifadəçi istəyinə uyğun olaraq həmin arayışı çap edərək kağız şəklində  aidiyyəti təşkilata təqdim etmək və ya elektron yolla göndərmək imkanına malikdir.

Vətəndaşlardan bu və ya digər məsələ ilə əlaqədar iş yerinə dair arayış tələb edən qurumlar da məhz “İş yerinə dair arayış” e-xidməti vasitəsilə əldə edilən arayışlara üstünlük verirlər. Çünki onlar bu arayışların, onlardakı məlumatların həqiqiliyini "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə edərək asanlıqla yoxlaya bilirlər.

2014-cü ilin dekabr ayında əhaliyə təqdim olunan “İş yerinə dair arayış” e-xidmətindən cari ilin 01 sentyabr tarixinə qədər 361 632 dəfə istifadə edilib.

 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

06-05-2017

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı artıb

12-12-2016

İş yerinə dair arayış e-xidmətindən istifadə sayı açıqlandı

09-08-2017

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 36 faiz artıb

08-08-2016

Bu e-xidmətə 1 ayda 59 mindən çox müraciət olunub

13-06-2018

“İş yerinə dair arayış” e-xidmətindən 240 min dəfə istifadə edilib

18-02-2016

İş yerinə dair e-arayış alanların sayı açıqlanıb

19-10-2017

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

14-12-2015

İş yerinə dair 270 minə yaxın elektron arayış verilib

06-04-2016

“İş yerinə dair arayış” e-xidmətindən istifadə 30 faizdən çox artıb

09-06-2016

İş yerinə dair elektron arayış alanların sayı artıb

17-04-2017

İş yerinə dair 111 mindən çox e-arayış alınıb

12-06-2017

107 minə yaxın şəxsə iş yerinə dair e-arayış verilib

12-08-2015

Ən çox hansı sahə üzrə elektron arayış alınır?

19-02-2018

Elektron arayışları necə əldə etmək olar?

06-10-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə edənlərin sayı artıb

11-11-2015

İş yeri üçün elektron arayış alanların sayı artıb

14-09-2015

İş yerinə dair 670 min e- arayış alınıb

26-09-2017

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə 10 faiz artıb

30-01-2017

İş yeri üçün elektron arayış alanların sayı artıb

10-10-2016

“İş yerinə dair arayış” e-xidmətindən istifadə edirsiniz? -Sorğu

28-03-2017

Nazirlikdən 47 min 546 nəfər elektron arayış alıb

27-04-2015

“İş yerinə dair arayış ” xidmətindən istifadənin statistikası açıqlanıb

09-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə