“Qarabağ və ətraf ərazilərdə radiaktiv maddələr və təhlükəli şüalanmalar var”.
Xeberler.az bidirir ki, bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev məlumat verib.
Onun sözlərinə görə, radiasiya sahəsində fəaliyyət göstərən alim və mütəxəsislər tərəfindən gizli, ilk baxışdan nəzərə çarpmayan risklərin aşkarlanması, radiasiya təhlükəsizliyinin monitorinqinin aparılması, xəritələrin qurulması, müasir texnologiyaların köməyilə obyektiv reallığın ortaya qoyulması ölkəmizin radiasiya təhlükəsizliyinin tərkib hissəsi kimi əsas vəzifələrdəndir.
Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının uzun illər ərzində nəzəri tədqiqatlarla məşğul olduqlarını vurğulayan akademik, bu sahədə mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.
O, elmi müəssisənin ölkəmizdə radiasiya təhlükəsizliyinin təmin olunması istiqamətində əsas elmi qurum kimi Azərbaycanın nüvə və enerji təhlükəsziliyi, “yaşıl” enerji, “yaşıl” cəmiyyət və digər istiqamətlərdə əhəmiyyətli tədqiqatlar apardığını deyib.
R.Əliquliyev xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxışı zamanı “yaşıl” enerji, “yaşıl” cəmiyyət, “yaşıl” iqtisadiyyat, enerji və radiasiya təhlükəsziliyi məsələlərini həm ölkə, həm də beynəlxalq səviyyədə aktuallaşdırıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri