“Asan İmza” İslam bankçılığının inkişafında innovativ alət kimi Dubayda təqdim ediləcək.
Fevralın 17-18 tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Qədim Yollar: Yeni İmmkanlar” mövzusunda Qlobal Biznes Forum keçiriləcək.
Dubay Ticarət və Sənaye Palatası tərəfindən təşkil edilən və BƏƏ-nin vitse-prezideni və baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun himayədarlığı altında keçirilən bu nüfuzlu maliyyə tədbirində ümumilikdə 500-dən artıq iş adamının, bank və digər maliyyə təsisatlarının rəhbərlərinin, yüksək vəzifəli dövlət nümayəndələrinin və rəsmi şəxslərin iştirak edəcəyi gözlənilir.
Xeberler.az-ın məlumatına görə, forumun işinə B.EST Solutions şirkətinin baş icraçı direktoru cənab Behnam Qurbanzadə də qatılacaq. B.Qurbanzadənin çıxışı İslam bankçılığı modellərinin inkişafında innovativ texnologiyaların tətbiqi mövzusuna həsr ediləcək, xüsusilə, Azərbaycanın mobil elektron imza texnologiyası olan “Asan İmza” xidmətinin İslam bankçılığında tətbiqi perspektivlərindən bəhs ediləcək.
İki gün davam edəcək forum barədə daha ətraflı məlumatı www.cisgbf.com veb-səhifəsindən əldə etmək mümkündür.
Qeyd edək ki, cənab Behnam Qurbanzadə “Asan İmza” mobil elektron imza xidmətinin operatoru olan B.EST Solutions şirkətinin baş icraçı direktoru vəzifəsinə 2016-ci ilin yanvar ayında təyin olunub. İslam maliyyəsi və bankçılığı sahəsində MDB məkanında nüfuzlu ekspertlərdən olan B.Qurbanzadə bundan öncə uzun müddət ərzində Azərbaycan Beynəlxalq Bankının İslam bankçılığı departamentinə rəhbərlik edib.
Behnam Qurbanzadə Moskva Beynəlxalq Ali Biznes Məktəbini MBA dərəcəsi və Plexanov adına Rusiya İqtisadiyyat Universitetini beynəlxalq iqtisadi əlaqələr sahəsində magistr pilləsi üzrə bitirib, eyni zamanda Sertifikatlaşdırılmış İdarəetmə Mühasibləri İnstitutunun islam bankçılığı üzrə CIMA diplomunun sahibidir.
2014-cü ildə özünün dissertasiya işi çərçivəsində cənab Qurbanzadə Harvard Universitetində islam bankçılığı mövzusunda məruzə ilə çıxış edib.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri