Previous Next
Bağla

İstənilən məhsulun orijinallığını müəyyən edən startap layihəsi

19-09-2018 14:56
İstənilən məhsulun orijinallığını müəyyən edən startap layihəsi

iQRex tətbiqi tezliklə istifadəyə veriləcək. Cənubi Afrika Respublikasında təşkil edilən “ITU Telecom World 2018” beynəlxalq sərgi-konfransı çərçivəsində Kiçik və Orta Sahibkarlığın Qlobal İnnovasiya (Global SME Award) mükafatının qalibləri də müəyyən olunub. Azərbaycanın startap layihəsi ilk dəfə olaraq bu nüfuzlu mükafatın qaliblərindən olub. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının rezidenti olan Azərbaycan şirkəti və məhsulu olan iQRex ən innovativ tətbiq seçilib.

Xeberler.az bildirir ki, bu haqqda daha ətraflı layihənin müəlliflərindən olan Cəlal Rəhimov ICTnews Elektron Xəbər Xidmətinə danışıb.  
 
Kiçik və Orta Sahibkarlığın Qlobal İnnovasiya (Global SME Award) mükafatı İT sənayesinin ən nüfuzlu mükafatı hesab olunur. Neçə layihə arasında bu qalibiyyətə nail ola bildiniz?
 
Bildiyiniz kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə bizim də təmsil olunduğumuz nümayəndə heyəti Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən Cənubi Afrika Respublikasında təşkil edilən “ITU Telecom World 2018” beynəlxalq sərgi-konfransında iştirak edirdik. Qeyd edim ki, “ITU Telecom World” beynəlxalq arenada telekommunikasiya sahəsində ən böyük tədbir hesab olunur.

Tədbir çərçivəsində İKT sahəsi üzrə forumlar, seminarlar, təqdimatlar təşkil edilmişdi, sərgi hissəsində isə Milli pavilyonlarda müxtəlif ölkələrin şirkətlərinin həlləri nümayiş etdirilirdi. Sərgidə ölkəmizə məxsus pavilyonda biz də öz yeniliklərimizi təqdim etdik və sərgi iştirakçılarının diqqətini cəlb edə bildik.

Sərgi çərçivəsində Kiçik və Orta Sahibkarlığın Qlobal İnnovasiya (Global SME Award) mükafatı deyilən bir müsabiqə keçirildi. Yarışda Yaponiya, Cənubi Afrika, Koreya, Çin, Keniya, Nigeriya və Mozambik kimi ölkələrin təmsilçiləri öz innovativ layihələrini təqdim edirdilər. Müsabiqədə təxminən 130-dək layihə yarışırdı.  
Ümumiyyətlə, qeyd edim ki, yarışın məqsədi insanların həyatını yaxşılaşdıran yeniliklər təqdim edən sahibkarları təşviq etməkdir.

Qaliblər sosial və texniki ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən edildi. Müsabiqəyə təqdim edilən layihələrlə bağlı deyə bilərəm ki, onlar əsasən,  genişzolaqlı optik kabel, rəqəmli kənd təsərrüfatı, mobil təlim, təhsil, səhiyyə, virtual və artırılmış reallıq texnologiyaları, onlayn bilet satışı, onlayn ödəmə, qeyri-rəsmi əmanət platformaları, məşğulluq kimi  geniş spektrli  sahələri əhatə edirdi.
 
Yarışın məqsədi insanların həyatını yaxşılaşdıran yeniliklər təqdim edən sahibkarları təşviq etməkdir. “iQRex” startap layihəsinin məqsədi nədir? Bir qədər layihə haqda məlumat vermənizi xahiş edirik. 
 
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının rezidenti olan “iQRex” layihəsi finala keçərək ilin ən maraqlı startaplarından biri seçildi. Beləliklə, Azərbaycan layihəsi ilk dəfə olaraq  bu beynəlxalq mükafatı qazandı.
 
“iQRex” layihəsinin özəlliyi nədir? 

“iQRex” saxta məhsullara qarşı sadə və effektiv müdafiə sistemidir. İntellektual sistemin əsas hədəfi istənilən məhsulların tam əminliklə orijinallığını təsdiq etməkdir. Bunun üçün istehsalçı sistemdə qeydiyyatdan keçir və öz məhsulları üçün  xüsusi “iQRex” etiketi əldə edir. Hər bir etiketə isə sistemdə unikal və birdəfəlik kod tətbiq edilir.  Stikerlər müdafiə təbəqəsi ilə bağlanır, məhsulun üzərinə vurulur. İstehlakçı məhsulu aldıqdan sonra onun üzərindəki müdafiə təbəqəsini silir, “iQRex”in pulsuz mobil tətbiqindən istifadə edərək, unikal kodu telefonun kamerası ilə oxuyur və dərhal məhsul haqqında məlumat alır. Bununla da, məhsulun orijinallığını təsdiq edir. Əgər məhsul orijinaldırsa, istehlakçı, eyni zamanda, yığılan bonuslar da əldə edir. Tezliklə layihə tam gücü ilə istifadəçilərin ixtiyarına veriləcək.
 
Bəs “iQRex”in anlamı nədir?
 
 iQ insanın intellekt əmsalından ( İQ) bəhs edir və REX qədim latın dilində kral deməkdir. Texniki mənası isə ağıllı QR tətbiqlər deməkdir. Daha dəqiq desək, “iQRex” layihəsi - QR kod vasitəsi ilə orijinal məhsulların qeyri-orijinallardan fərqini müəyyənləşdirir.
 
 “ITU Telecom World” sərgi-konfransı Sizin üçün daha başqa hansı məqamla yadda qaldı?
 
“ITU Telecom World” konfransı dünyanın müxtəlif ölkələrindən İT üzrə startapların çoxluğu və zənginliyi ilə diqqətimizi çəkdi. Bu tədbirin miqyası bir daha təsdiq etdi ki, yüksək texnologiyalar sahəsində imkanlar böyükdür və Azərbaycanın adından mütləq qaydada davamlı olaraq beynəlxalq arena üçün layihələr təqdim etmək zəruridir. Dövlət qayğısı və dəstəyinin olması bizə imkan yaratdı ki, layihəmizi beynəlxalq sərgidə uğurla təqdim edək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan startapı qlobal innovasiya mükafatının qalibi oldu

14-09-2018

Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2018 beynəlxalq sərgi-konfransında iştirak edir

10-09-2018

Azərbaycan BTİ tərəfindən mükafatlandırılıb

08-10-2018

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən mükafatlandırılıb

14-09-2018

ITU Telecom World 2019 beynəlxalq sərgisi öz işinə başlayıb

10-09-2019

Azərbaycan ITU Telecom World 2015-də təmsil olunacaq

17-08-2015

Baş katib İKT sahəsində əldə olunan nailiyyətlərlə tanış olub

13-09-2018

Azərbaycan startapları Budapeştdə təqdim olunacaq

00-00-0000

Nazirlik BTİ-nin sertifikatına və gümüş medala layiq görülüb

12-09-2019

Azərbaycan beynəlxalq İKT sərgidə təmsil olunur

25-09-2017

Azercell ITU Telecom World 2019 beynəlxalq sərgisində iştirak edib

10-09-2019

Azərbaycan startapları Beynəlxalq Telekommunikasiya İttifaqından müsbət rəy alıb

12-09-2019

Bakcell beynəlxalq sərgidə iştirak edir

27-09-2017

“ITU Telecom World 2015”-də Azərbaycan şirkətlərinin stendləri -Fotolar

12-10-2015

Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur

12-10-2015

ITU Telecom World 2019 beynəlxalq sərgi-konfransı davam edir

10-09-2019

5G sistemləri sahəsinə diqqət artırılacaq

19-10-2015

Startapçılarımız beynəlxalq müsabiqənin finalına hazırlaşır

15-10-2015

Azərbaycanlı startapçılar beynəlxalq sərgidə- Fotolar

12-10-2015

Azərbaycan “ITU TELECOM World 2009” konfransında iştirak edəcək

13-08-2009

Azərbaycan “ITU TELECOM World 2009” konfransında iştirak edəcək

14-07-2009

Made in Azerbaijan brendi altında layihələrimiz beynəlxalq müsabiqəyə təqdim edilib

25-01-2019

Azərbaycan ITU Telecom World 2009-da iştirak edir

05-10-2009

Startap layihələrimiz “ITU Telecom World 2015 Award” müsabiqəsində yarışır

14-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə