Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc jurnalistlərin internet təhlükəsizliyi forumu layihəsinə başlanılıb.
Bu barədə Xəbərlər-ə ASGA-nın sədri Səbuhi Abbasov məlumat verib.
Səbuhi Abbasov layihənin www.internet-security.club rəsmi veb səhifəsinin də artıq istifadəyə verildiyini deyib. Onun szölərinə görə, layihə, əsasən, gənc KİV işçilərinin peşə hazırlığının yüksəldilməsinə, internet media sahəsində onların nəzəri biliklərinin təcrübü bacarıqlara çevrilməsinə, həmçinin şəbəkələşmə yolu gənc jurnalistlər arasında peşəkar və müasir jurnalistikanın tələblərinin təbliği və tədrisinə, media təhlükəsizliyinində milli maraqlar amilinə xidmət edir:
"Əsas məqsəd Gənc jurnalistlərin internet media biliklərini təkmilləşdirilməsinə dəstək vermək və gənc KİV işçilərinin müasir jurnalistikanın müxtəlif qolları üzrə nəzəri biliklərini təkmilləşdirilməsinə və onların nəzəri biliklərini praktik bacarıqlara çevirməsinə yardımçı olmaqdan ibarətdir".
ASGA-nın sədri qeyd edib ki, layihəyə yanvar ayından başlanılıb:
"Layihəyə müvafiq olaraq monitorinq aparmışıq. Əsas tərəfdaşlarımızdan olan İctimai Televiziyanın müxtəlif verilişinlərində bu barədə çıxışlar etmişik. Mən bir daha layihənin dəstəklədiyinə görə Gənclər Fondunun rəhbərliyinə təşəkkürümü bildirirəm. Yayda isə 30 nəfər gənc jurnalistdən ibarət Forum keçiriləcək.”
Səbuhi Abbasov onu da bildirib ki, layihə çərçivəsində dəyirmi masa keçiriləcək.
Layihənin müəllifi ASGA, donoru Gənclər Fondu, koordinatoru isə telejurnalist Anar Yusifoğludur.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri