Previous Next
Bağla

Sənaye mühitində kibertəhlükəsizlik müzakirə ediləcək

22-11-2017 14:46
Sənaye mühitində kibertəhlükəsizlik müzakirə ediləcək

Kaspersky Lab şirkəti 28-30 noyabr tarixlərində Bakıda keçiriləcək beynəlxalq “Xəzər və Mərkəzi Asiyada neft emalı və neft-kimya sənayesi” konfransının tərəfdaşlarından biridir.

Xeberler.az-ın məlumatına görə,  tədbirin ilk günündə Kaspersky Lab şirkətinin kritik infrastrukturun təhlükəsizliyi sahəsində biznesin inkişafı üzrə direktoru Andrey Suvorov çıxış edəcək.

O, şirkətin sənaye istehsalının təhlükəsizliyi sahəsindəki həlləri və kritik infrastruktur haqqında danışacaq.

Sözügedən konfrans artıq dördüncü dəfə təşkil olunur. Hər il bu tədbir Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistandan hökumət orqanlarının, iri neft emalı zavodlarının və neft-kimya qurumlarının nümayəndələrini, eləcə də mühəndislik və texnoloji şirkətləri bir araya gətirir.

Konfransın açılışını Qazaxıstanın energetika üzrə nazir müavini Maqzum Mirzəqalıyev edəcək, iştirakçılar SOCAR-ın istehsal müəssisələrinə ziyarət edə biləcəklər.

Tədbirdə Kaspersky Lab şirkətinin neft-qaz sənayesinin üzləşə biləcəyi hədəf hücumlara həsr olunmuş stendi nümayiş etdiriləcək. Dəmiryol estakadası modeli nümunəsində konfrans iştirakçılarına mümkün kiberhücum ssenariləri təqdim olunacaq (texniki prosesin dayanması, rezervuarın daşması, nasosun sıradan çıxması və s.). Bundan başqa, stenddə bu cür hadisələrin qarşısının alınması yolları haqqında da məlumat veriləcək.

“Bu konfrans – sözsüz ki, regionun neft-qaz sənayesindəki aktual məsələləri və bizim üçün də böyük əhəmiyyət daşıyan inkişaf perspektivləri müzakirə olunan ən mühüm işgüzar platformadır. Günü gündən artan və daha da aktuallaşan kibertəhlükələri nəzərə alsaq görərik ki, istənilən qurumun səmərəli işinin başlıca amili istehsal proseslərinin təhlükəsizliyinin təmin olunmasından asılıdır. Bizim şirkətimiz dərin ekspert biliklərinə malikdir. Bu cür nüfuzlu  bir konfransda neft emalı və neft-kimya sənayesində kibermüdafiənin əhəmiyyəti və xüsusiyyətləri haqqında məlumat verməkdən böyük məmnuniyyət duyacağıq”, - deyə Andrey Suvorov bildirib.

Kaspersky Industrial Cyber Security” həlli xüsusi olaraq mürəkkəb sənaye mühitlərinin müdafiəsi üçün yaradılıb.

Bu həll müəssisənin tələblərinə müvafiq olaraq yüksək uyğunlaşma xüsusiyyəti ilə fərqlənir. Onun əsasında kibertəhlükəsizlik sahəsində uzun illərin təcrübəsi, texnoloji proseslərin avtomatik idarəolunması sistemində yarana biləcək boşluqların təbiətini dərindən anlama və beynəlxalq müdafiə qurumları ilə sıx əməkdaşlıq dayanır.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Microsoft texnologiyaları neft-qaz sahəsində çalışanlara kömək edir”

“Microsoft texnologiyaları neft-qaz sahəsində çalışanlara kömək edir”

01-06-2017
Bakıda kibertəhlükəsizliklə bağlı konfrans keçiriləcək

Bakıda kibertəhlükəsizliklə bağlı konfrans keçiriləcək

12-04-2016
Kaspersky Lab təhlükəsizliklə bağlı yeni İT həll istifadəyə verib

Kaspersky Lab təhlükəsizliklə bağlı yeni İT həll istifadəyə verib

22-04-2016
Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

02-02-2018
 Kaspersky Lab-ın baş direktoru Bakıda olub

Kaspersky Lab-ın baş direktoru Bakıda olub

06-07-2017
Kaspersky Lab Bakıda tədbir keçirəcək

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017
Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Sənaye sistemlərinin 92 faizi  tez-tez kibertəhlükələrə məruz qalır

Sənaye sistemlərinin 92 faizi tez-tez kibertəhlükələrə məruz qalır

26-07-2016
Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016
Azərbaycanda sənaye istehsalı 2 faiz azalıb

Azərbaycanda sənaye istehsalı 2 faiz azalıb

12-07-2023
Azərbaycan və Tunis "yaşıl enerji" ilə bağlı əməkdaşlığı müzakirə edib

Azərbaycan və Tunis "yaşıl enerji" ilə bağlı əməkdaşlığı müzakirə edib

17-01-2023
SAP proqram həlləri Bakı Ali Neft Məktəbində tədris olunacaq

SAP proqram həlləri Bakı Ali Neft Məktəbində tədris olunacaq

15-12-2015
Bakıda 11 min kompüter hücuma məruz qalıb

Bakıda 11 min kompüter hücuma məruz qalıb

03-03-2017
Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

11-07-2019
Azərbaycanda sənaye istehsalı 40 mlrd. manata yaxınlaşıb

Azərbaycanda sənaye istehsalı 40 mlrd. manata yaxınlaşıb

15-08-2023
Azərbaycanlıların məruzləri  NATO-nun dəstək olduğu kitabda

Azərbaycanlıların məruzləri NATO-nun dəstək olduğu kitabda

18-11-2022
Banklar kibertəhlükəsizlik siyasətinə yenidən baxır

Banklar kibertəhlükəsizlik siyasətinə yenidən baxır

02-08-2018
İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017
Kaspersky Lab gənc mütəxəssislər axtarır

Kaspersky Lab gənc mütəxəssislər axtarır

20-10-2017
Bakıda informasiya təhlükəsizliyi ilə bağlı konfrans keçirilib

Bakıda informasiya təhlükəsizliyi ilə bağlı konfrans keçirilib

08-06-2016
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

12-05-2016
Kaspersky Lab Madriddə Şəffaflıq Mərkəzi açır

Kaspersky Lab Madriddə Şəffaflıq Mərkəzi açır

04-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə