Previous Next
Bağla

Kaspersky Lab gənc mütəxəssislər axtarır

20-10-2017 13:10
Kaspersky Lab gənc mütəxəssislər axtarır

Kaspersky Lab şirkəti kibertəhlükəsizlik sahəsində istedadları aşkara çıxaran “Cybersecurity for the Next Generation” proqramını istifadəyə verib.

Bu proqramda şirkətin tərəfdaşları sırasında Rosatom, Qrinatom, Qazprom Neft, PwC, Schlumberger və Dassault Systemes kimi biznes qurumlar yer alır.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, proqram tələbə və gənc mütəxəssislər üçün nəzərdə tutulub.

“Cybersecurity for the Next Generation” proqramının iştirakçısı olmaq istəyənlər bizneslərin iş prosesində qarşılaşdıqları problemlər üçün həll yolları təklif etməlidirlər.

Məsələn, PwC-nin tapşırığı sosial şəbəkələrdə informasiya təhlükəsizliyi sahəsində yenilikləri avtomatik olaraq toplayan və analiz edən tətbiqin yaradılmasıdır. Qazprom Neft isə icazəsiz şəkildə korporativ şəbəkənin internetinə qoşulanları aşkarlayan alqoritm axtarışındadır.

Lakin bütün tapşırıqlar texniki xarakter daşımır: Kaspersky Lab şirkəti səhiyyə, bank sektoru və pərakəndə ticarət sahələrində kibertəhlükəsizlik üzrə oyun treninqləri üçün ssenari yazmağı təklif edir.

Proqramın qalibi 10 min ABŞ dolları məbləğində qranta sahib olacaq. İkinci yerin sahibi “Security Analyst Summit”inə, üçüncü yerə layiq görülən iştirakçı isə informasiya təhlükəsizliyi üzrə digər bir konfransa qatılacaq. Bundan başqa iştirakçıları partnyorlardan olan hədiyyələr də gözləyir: təcrübə proqramları, müxtəlif cihazlar və s.

“Kibertəhlükəsizlik rəqəmsal dünyamızın ən vacib elementinə çevrilib. Bununla belə, bu sahədə hələ də kadrlara ehtiyac çoxdur, xüsusən də gənc mütəxəssisləri burada stabil, maraqlı və yaxşı ödənişli iş gözləyir. Bu proqram vasitəsilə biz kibertəhlükəsizlik sahəsinin nə qədər fərqli və həyəcan verici olduğunu göstərmək və yeni istedadları üzə çıxarmaq istəyirik. Ekspertlər istənilən sahənin çox önəmli parçasıdırlar və biz bu baxımdan özümüzlə fəxr edə bilərik. Ancaq biz inanırıq ki, missiyamızın bir hissəsi də yeni istedadları axtarmaqdır”, - deyə Kaspersky Lab şirkətinin İnsan resursları şöbəsinin rəhbəri Kirill Şiryayev bildirib.

Həm fərdi şəxslərin, həm də 3 nəfərlik komandaların ərizələri bu ilin noyabrın 1-dək qəbul olunur.

Noyabrın 8-dən gec olmayaraq münsiflər finalistləri müəyyənləşdirəcək. Bu iştirakçılar 5-6 dekabr tarixində Praqada təşkil olunacaq beynəlxalq final yarışına dəvət alacaqlar.

Keyslərin bütöv siyahısı ilə tanış olmaq, proqram haqqında daha çox məlumat almaq və qeydiyyatdan keçmək üçün bu linkə müraciət edə bilərsiniz.

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky Lab-dən 10 min dollar qazanmaq imkanı- Müsabiqə

Kaspersky Lab-dən 10 min dollar qazanmaq imkanı- Müsabiqə

11-08-2016
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017
Kaspersky Lab Bakıda tədbir keçirəcək

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017
Kaspersky Lab məhsullarında  boşluq tapan 50 min dollar qazanacaq

Kaspersky Lab məhsullarında boşluq tapan 50 min dollar qazanacaq

03-08-2016
Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçiriləcək

Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçiriləcək

03-10-2019
Kaspersky Lab hər startap layihəsinə  4 min dollar ayırır

Kaspersky Lab hər startap layihəsinə 4 min dollar ayırır

13-10-2016
Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçirilib

Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçirilib

21-10-2019
Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

19-12-2017
Kasperski Lab  top 100-lüyə daxil olub

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020
“Kaspersky Lab-ın startap proqramına Azərbaycandan müraciət olmayıb”

“Kaspersky Lab-ın startap proqramına Azərbaycandan müraciət olmayıb”

07-03-2017
 Şirkətlər kibertəhlükələrə qarşı necə mübarizə aparmalı?

Şirkətlər kibertəhlükələrə qarşı necə mübarizə aparmalı?

10-11-2017
Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

02-02-2018
Bakıda kibertəhlükəsizliklə bağlı konfrans keçiriləcək

Bakıda kibertəhlükəsizliklə bağlı konfrans keçiriləcək

12-04-2016
Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

12-05-2016
Kaspersky Amerika məhkəməsinə şikayət edəcək-Rəsmi

Kaspersky Amerika məhkəməsinə şikayət edəcək-Rəsmi

21-12-2017
Kaspersky Lab təhlükəsizliklə bağlı yeni İT həll istifadəyə verib

Kaspersky Lab təhlükəsizliklə bağlı yeni İT həll istifadəyə verib

22-04-2016
 Hər beşinci müəssisədə sənaye kibertəhlükəsizliyi sahəsində mütəxəssis çatışmır

Hər beşinci müəssisədə sənaye kibertəhlükəsizliyi sahəsində mütəxəssis çatışmır

09-06-2022
İstifadəçi məlumatların emalı mərkəzi yaradılır

İstifadəçi məlumatların emalı mərkəzi yaradılır

15-05-2018
Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

11-07-2019
Sənaye mühitində kibertəhlükəsizlik müzakirə ediləcək

Sənaye mühitində kibertəhlükəsizlik müzakirə ediləcək

22-11-2017
Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

18-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə